Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:32

Gürcüstan: Ana müxalifət razılaşmanı imzalamır


Şarl Mişel Tbilisidə
Şarl Mişel Tbilisidə

Avropa Şurasının rəhbəri Şarl Mişel Gürcüstandakı siyasi böhranının başa çatdığını elan etsə də, ölkənin ana müxalifəti, vasitəçiliyi Avropa İttifaqı tərəfindən edilmiş razılaşmanı imzalamaqdan imtina edir.

Gürcüstan iqtidarı və müxalifətin bir hissəsi razılaşmanı imzaladıqdan bir gün sonra, aprelin 20-də Mişel Tbilisyə gəlmişdi.

Lakin ölkənin ən böyük müxalifət partiyası – Birləşmiş Milli Hərəkat, lideri Nika Meliya həbsxanadan azad olunmadığına görə razılaşmaya imza atmayıb.

Gürcüstanın kiçik partiyalarından biri - Lelonun lideri Badri Caparidze Meliya ilə həbsxanada görüşüb və bildirib ki, müxalifətçi azadlığa buraxılmalıdır.

Keçmiş prezident Mixeil Saakaşvilinin yaratdığı Birləşmiş Milli Hərəkat və Avropa Gürcüstanı adlı başqa bir partiyanın iqtidar-müxalifət razılaşmasını imzalamaması o deməkdir ki, 150 mandatlıq Gürcüstan parlamentində 40 yer hələ də boş qalır.

Avropa Gürcüstan iqtidarı və müxalifətini bir də ‘barışdırır’

Gürcüstanın hakim partiyası və müxalifətin bir hissəsi ölkədə aylardır davam edən siyasi böhranın sona çatması üçün aprelin 19-da Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilmiş sazişi imzalayıb.

Gürcüstanda siyasi böhran hakim Gürcü Arzusu partiyası ötən oktyabrda keçirilən parlament seçkisində qalıb gələndən başlanıb.

Müxalifət həmin seçkinin ədalətsiz keçirildiyini və nəticələrinin saxtalaşdırıldığını bəyan edib.

Müxalifət yeni parlamenti boykot edib və yeni seçki tələb edən etiraz aksiyaları keçirib.

Birləşmiş Ştatlar tərəfindən dəstəklənən Avropa İttifaqı siyasi böhranın çözülməsi üçün vasitəçilik edir.

Şarl Mişel Tbilisyə gəlir

Gürcüstan prezidenti sarayında keçirilən imzalama mərasiminə videobağlantı ilə qoşulan Avropa Şurasının sədri Şarl Mişel deyib:

“Bu saziş hələ finiş xətti deyil. Bu saziş sizin Gürcüstan demokratiyasını birləşdirmək və Gürcüstanı Avroatlantika gələcəyinə aparmaq işinizin start xəttidir”.

Avropa İttifaqının vasitəçiliyinə rəhbərlik edən Mişel deyib ki, o aprelin 20-də bu razılaşmanı möhkəmləndirmək məqsədilə Tbilisiyə gələcək.

ABŞ-ın Gürcüstandakı səfirliyi sazişi alqışlayıb və bütün tərəfləri onun tam icrasına çağırıb.

Səfirliyin bəyanatında deyilir ki, bu razılaşmanın icrası onun əldə olunması qədər mühümdür.

Razılaşmaya görə, əgər hakim Gürcü Arzusu partiyası qarşıdan gələn bələdiyyə seçkilərində 43 faizdən az səs toplayarsa, Gürcüstanda 2022-ci ildə parlamentə erkən seçki keçiriləcək.

Əsas müxalifət sazişi imzalamasa da

Bütün bunlara baxmayaraq ölkənin ən böyük müxalifət partiyası – Birləşmiş Milli Hərəkat qrupu sazişi imzalamayıb.

Hərəkatdan bu sazişə qoşulan yeganə lider Salome Samadaşvili ümid etdiyini bildirib ki, partiyası cənab Mişel gəldikdən və təşkilatın lideri Nika Meliya həbsxanadan azad olunduqdan sonra bu razılaşmaya imza atacaq.

Meliya bu ilin fevralında 2019-cu ilin etirazları zamanı zorakılığın qızışdırılması ittihamı ilə həbsindən ona verilmiş zaminin şərtlərini pozduğuna görə həbs edilib.

Müxalifət ona qarşı ittihamı “siyasi motivli” adlandırır.

Meliyanın həbsi ölkədə böhranı daha da dərinləşdirib və baş nazirin istefasına səbəb olub.

Bu həbsi Qərb də pisləyir.

Razılaşmada Melianın azadlığa buraxılmasına dair müddəa var.

XS
SM
MD
LG