Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:42

Vaksinlərin mülkiyyət hüququ üzrə danışıqlar başlanır


İranda vaksinasiya
İranda vaksinasiya

ABŞ-ın Ticarət Palatası daxil olmaqla bu təklifə qarşı çıxanlar deyirlər ki, bu halda innovasiya boğulmuş olu

Birləşmiş Ştatlar COVID-19-a qarşı vaksinlərin sürətli istehsalı və yoxsul ölkələrə paylanması üçün mülkiyyət hüquqları məsələsinin həllini nəzərdən keçirir. Bu haqda Ağ ev açıqlama yayıb.

Ağ evin administrasiya rəhbəri Ron Klayn mayın 2-də CBS News-a deyib ki, ABŞ-ın Ticarət Nümayəndəsi Katerin Tai bu həftə Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə danışıqlara başlayacaq. “Bu vaksin geniş miqyasda necə paylana, ona lisenziya verilə, daha çox paylaşıla bilər – bu məsələyə baxılacaq”, – o deyib.

Klaynın deməsinə görə, mülkiyyət hüquqları vaksin istehsalını yubadan “problemin bir hissəsidir”, amma ən böyük problem istehsaldakı əngəllərdir.

O, Ağ evin bir neçə günə bu məsələ haqda daha çox informasiya verə biləcəyini deyib.

Hindistan və Cənubi Afrika

Koronavirus vaksinləri və terapiyası üçün patent qaydaları qaldırmaqdan ötrü Prezident Co Baydenə ölkə içində və xaricdən təzyiq olunur. Məqsəd daha yoxsul ölkələrin öz versiyalarını hazırlaya bilməsidir.

Mülkiyyət hüquqlarının qaldırılması təşəbbüsünün önündə Hindistan və Cənubi Afrika dayanır. Onlar oktyabrda vaksinlərin patent qorumasını müvəqqəti qaldırmağı təklif edirlər.

Aprelin 26-da Bayden Hindistanın Baş naziri Narendra Modi ilə telefon söhbətində koronavirus vaksinləri və müalicəsi üçün mülkiyyət hüquqlarından möhləti müzakirə edib.

ÜTT-nin qaydalarına görə, fövqəladə hallarda dərmanların patent qorumasının qaldırılmasına icazə verilir.

Dünyada patentsiz dərmanların ən böyük istehsalçısı olan Hindistan Cənubi Afrikayla birlikdə keçmişdə HIV/AIDS-in müalicəsi üçün antiretrovirus preparatlarının istehsalı üçün icazə almağa çalışıblar.

Opponentlərin mövqeyi

ÜTT-nin yeni təyin olunmuş başçısı Nqozi Okonjo-İveala vaksinlərin bərabər paylanmasını təmin etməyə, mülkiyyət hüquqlarını müvəqqəti qaldırmağa çağırıb.

ABŞ-ın Ticarət Palatası daxil olmaqla bu təklifə qarşı çıxanlar deyirlər ki, bu halda innovasiya boğulmuş olur.

“İntellektual mülkiyyət hüquqları uzunmüddətli sərmayəyə şərait yaratmaqla innovasiyaya çıxışa kömək edir, onu əngəlləmir”, – palatanın Birinci Vitse-prezidenti Patrik Kilbrayd ötən həftə bəyanatında deyib.

Bu hüquqların “COVID-19 vaksinlərinə çıxışa əngəl törədə biləcəyini düşünmək yanlışdır”, – o vurğulayıb.

Dünyada koronavirusa 153 milyona yaxın yoluxma, 3 milyon 200 mindən çox ölüm aşkarlanıb. Qərbdə koronavirusa qarşı Pfizer, Moderna, AstraZeneca vaksinləri təsdiqlənərək istifadəyə buraxılıb. Rusiya və Çinin hazırladığı vaksinləri bəzi ölkələr təcili istifadəyə təsdiqləyib.

XS
SM
MD
LG