Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:47

Üç rusiyalı fəal qəzet paylayanda saxlanıb


Rusiyada müharibə əleyhinə aksiya, arxiv fotosu
Rusiyada müharibə əleyhinə aksiya, arxiv fotosu

Onlar “Zvezda” onlayn dərgisinin “Vestnik Zvezdı” xəbər bülletenini evdə çapdan çıxarıb yayırmışlar

Perm şəhərində üç rusiyalı fəal “Rusiya Federasiyasının silahlı qüvvələrini nüfuzdan salmaq”da ittiham olunub. Onlar Moskvanın ötən ay Ukraynaya qarşı başlatdığı müharibəni işıqlandırmış onlayn qəzetin surətini çıxarıb paylayandan sonra bu ittihamla üzləşiblər.

“Müdafiə Nazirliyinin vebsaytından da informasiya vardı”

Fəallardan biri Olqa Turpanova aprelin 3-də AzadlıqRadiosu-na deyib ki, bir gün öncə iki başqa fəalla birlikdə qısa müddətə saxlanıb. Onlar “Zvezda” onlayn dərgisinin “Vestnik Zvezdı” xəbər bülletenini evdə çapdan çıxarıb yayırmışlar.

“Bizi qəzeti şəhər mərkəzinsə paylayanda saxladılar. Qəzetdə Ukraynadakı xüsusi əməliyyat haqda rəsmi informasiya, o cümlədən Müdafiə Nazirliyinin vebsaytından götürülmüş informasiya vardı”, – deyən Turpanova onlara ittiham irəli sürüləndən sonra buraxıldıqlarını söyləyib.

O, hər üç fəalın ittihamı rədd etdiyini vurğulayıb.

Rusiyaya mal göndərə bilməyən fermerlərə hökumət yardım edə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

“Zvezda” da bloklanıb

Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibə başlayandan “Roskomnadzor” media tənzimləyici orqanı müharibə haqda informasiyaya çıxışı məhdudlaşdırıb. Qurum “müharibə”, yaxud “işğal” sözünü yasaqlayıb, “xüsusi hərbi əməliyyat” termini işlədir.

Martın 3-də Prezident Vladimir Putin Rusiya ordusu barədə “qəsdən saxta xəbər” yaymağa görə 15 ilədək həbs cəzası nəzərdə tutan qanunu imzalayıb.

Bundan sonra Rusiyada bir sıra media orqanları fəaliyyəti dayandırıb. Kreml isə çoxsaylı xarici media orqanını bloklayıb.

“Zvezda” ötən həftə bildirib ki, hər cümə günü A4 formatında bülleten buraxacaq, adamlar onu çap edib qohumları, dostları arasında yaya bilərlər.

Martın əvvəlində “Zvezda”nın vebsaytı Roskomnadzor-un xahişilə bloklanıb. Bundan sonra onlayn dərgi materiallarını sosial media şəbəkələrində yaymağa başlayıb.

XS
SM
MD
LG