Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:28

Rusiyalı əsgərlər Ukrayna qənimətlərini Belarusda satırlar


Ukrayna əsgəri Xarkov yaxınlığında
Ukrayna əsgəri Xarkov yaxınlığında

Mazırdan cənubda yerləşən Narovlya şəhərinin sakinləri öldürülən əsgərlərin meyitlərinin Rusiyaya birbaşa, qatar, yaxud yük maşınları ilə yola salındığını deyib

Ukraynadan qayıdan, yaxud yerdəyişmə edən rusiyalı əsgərlər talan elədiklərini cənubdakı sərhəd rayonlarda belaruslulara satırlar. Bu haqda AzadlıqRadiosu-nun Belarus xidməti çoxsaylı yerli sakinlərin dediklərini əsasən xəbər verir.

Rusiya Belarusun cənub-şərqi Qomel regionundan Ukraynaya əsgər göndərmək üçün istifadə edib. Bunun isə belarusluların həyatına təsir göstərdiyi bildirilir.

Ötən ay Qomel şəhəri sakinləri müharibədə öldürülən rusiyalı əsgərlərin cəsədlərinin morqları doldurduğunu deyirdi.

Ukrayna rəsmisi: Rusiya ordusu Kiyev ətrafında sıxışdırılır
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

“Soyuducular, məişət əşyaları...”

O zaman xəstəxanalar da yaralı rus əsgərləri ilə doluydu, həkimlərdən, tibb işçilərdən yalnız onlara xidmət göstərmək tələb olunurdu.

Ukrayna və Qərb rəsmiləri son günlər Rusiya əsgərlərinin Kiyev yaxınlığından çəkildiyini, Belarusa, digər yerlərə getdiyini deyirlər.

Qomeldəki Mazır şəhərindən bir kişi səmanın Rusiya təyyarə və vertolyotları ilə dolduğunu, rus əsgərlərinin yerli sakinlərə bəzi mallar satdığını deyir.

“Ukraynadan talan etdikləri qənimətləri yerlilərə satmağa çalışırlar. Soyuducular, məişət əşyaları, şinlər, əllərinə nə keçibsə...” – özünü İlya kimi təqdim edən şəxs radioya deyib.

Fevralın 24-də başlanmış müharibədən öncə də Qomel sakinləri rusiyalı əsgərlərin daim yerlilərə yanacaq satdığını deyirdilər. Onda Rusiya hərbçilərinin Belarusa birgə təlimlər üçün yerləşdirildiyi bildirilirdi.

Yerli sakinləri rahatsız edirlər

Mazırın digər sakini isə deyir ki, böyük sayda rusiyalı əsgərlər barlara, mağazalara dolur, adamları əhatəyə alır, qısnayır.

Özünü Maksim kimi təqdim edən bu şəxsin sözlərinə görə, uzun saçı olan kişi tanışı əsgərlərin təzyiqinə məruz qalıb. Əsgərlərin ya Rusiyanın mərkəzindən, ya da uzaq Sibirdən olduğu bildirilir.

“Həm də onlardan pis iy gəlir. Mağazaya gedəndə iydən bilirsən ki, ordadırlar. Məncə, heç yuyunmurlar. Komandirləri normal şəraitdə yaşayır... Əsgərlər meşədə, çadırda, hətta anbarlarda qalırlar”, – Maksim söyləyib.

“Ruslar özlərini dünyanın ağası kimi aparırlar”, – o vurğulayır.

Brahin vilayətində son bir həftədə tanklar, zirehli texnika, Ural yük maşınlarından ibarət uzun karvanların göründüyü deyilir. Bir yerli sakin radioya danışıb ki, rusiyalı əsgərlər ona rusca vərəqə veriblər. Bunun Rusiyanın Ukraynanı işğal etməsini əsaslandırmaq üçün propaqanda məqsədi daşıdığı görünür.

“Əziz yoldaşlar, dostlar, bizə müharibə lazım deyil! Biz şəhərlərə hücum etməyəcək, onları bombalamayacağıq. Biz Ukrayna xalqı ilə deyil, dinc adamları öldürən millətçilərlə vuruşmağa gəlmişik”, – vərəqədə yazılıb.

Meyitlər Rusiyaya göndərilir

Mazırdan cənubda yerləşən Narovlya şəhərinin sakinləri öldürülən əsgərlərin meyitlərinin Rusiyaya birbaşa, qatar, yaxud yük maşınları ilə yola salındığını deyib.

“Foto çəkməyə imkan verməmək üçün hərbi qospitalı bayırda rusiyalı əsgərlər qoruyur. Orada vertolyotlar çox aşağıdan uçurlar. Çoxu da şəhər üzərində dövrə vurur”, – Narovyla sakini deyib.

Adının çəkilməsini istəməyən digər sakin isə əsgərlərin mağazalardan spirtli içki aldığını söyləyir.

“Bir dəfə rusiyalı əsgər araq və pivə götürmüşdü, amma bank kartı işləmədi və hamısını qaytardı. Amma çox vaxt xeyli şey alırlar. Çoxlu araq alırlar. İdman ayaqqabıları, bulka, siqaret alırlar”, – həmin şəxs danışır.

XS
SM
MD
LG