Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:28

Tokayev Xəzərin dibi ilə neft kəməri çəkmək istəyir


Kasım-Jomart Tokayev
Kasım-Jomart Tokayev

Buna səbəb Rusiyanın Qazaxıstan neftini Qərb bazarlarına nəql edən kəmərin fəaliyyətini dayandırmasıdır

Qazaxıstan prezidenti ölkə neftinin ixracı üçün yeni marşrutlartın müəyyən edilməsinə çağırıb.

Buna səbəb Rusiyanın Qazaxıstan neftini Qərb bazarlarına nəql edən kəmərin fəaliyyətini dayandırmasıdır.

Şərhçilər deyirlər ki, Kasım-Jomart Tokayevin bu bəyanatı həm də Qazaxıstanla Rusiya arasındakı münasibətlərdə artan gərginliyi əks etdirir.

Qazaxıstan neftinin 80 faizini Rusiya ərazisindən keçən Xəzər Kəməri ilə Qara dənizdəki Novorossiysk portuna nəql edir.

Daha sonra neft Avropa bazaralarına daşınır.

İyulun 6-da ABŞ-ın neft nəhəngləri Chevron və ExxonMobil də daxil Xəzər Kəməri Konsorisumuna daxil şirkətlər bildiriblər ki, Rusiya sözü gedən kəmərin onun ərazisinə düşən hissəsinin texniki vəziyyətinin yoxlanması üçün neftin nəqlinin noyabrın 30-dək dayandırılması barədə qərar qəbul edib.

Xəzərin dibi ilə

Tokayev iyulun 7-də rəsmilərlə söhbətində deyib ki, Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi mümkünlüyünü araşdırsınlar. Onun sözlərinə görə bu kəmər Rusiya ərazisindən yan keçməlidir.

Xəzərin dibi ilə Türkmənistandan Azərbaycana Trans-Xəzər Qaz Kəməri çəkilməsi ideyası 1990-cı illərin sonlarından bəri zaman-zaman gündəmdə olub.

Bu ideya xüsusilə də Rusiya ilə Ukrayna arasında qazın tranziti ilə bağlı mübahisə və qarşıdurmalar baş verəndə aktual olurdu.

Xəzərin dibi ilə Qazaxıstandan neft kəmərinin çəkilməsi ideyası da dövriyyədə olub.

Lakin bütün bu layihələr Rusiyanın və müəyyən mənada İranın potensial mənfi münasibətilə bağlı elə ideya olaraq da qalıb.

Putin qisas alır?

Birləşmiş Ştatlar, Britaniya və qismən də Avropa İttifaqı Moskvanın Ukraynaya səbəbsiz müdaxiləsi ilə bağlı Rusiya üzərinə neft embarqosu qoyublar.

Bəzi şərhçilər Rusiyanın Qazaxıstan neftinin nəqli ilə bağlı qərarını Moskvanın qisası kimi qiymətləndirirlər.

Bundan başqa Qazaxıstan prezidentinin Ukrayna müharibəsinə və separatçı DXR və LXR-ə mənfi münasibəti də vəziyyətin gərginləşməsinə töhfə verib.

Bundan başqa Qazaxıstan Rusiyaya Qərb sanksiyalarından yayınmaqda kömək etməyəcəyini açıq bəyan edib.

Qazaxıstan nefti dünya istehlakının 1 faizini təşkil edir və onun uzun müddətə dayandırılması neft bazarlarında narahatlıq yarada bilər.

Xəzərin dibili ilə çəkiləcək hər hansı neft kəməri məntiqi şəkildə Azərbaycana çıxmalıdır.

XS
SM
MD
LG