Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:38

Ermənistan rəsmisi: 'Nə sənəd imzalasaq, bir saniyədə tualet kağızına dönür'


Hüquq müdafiəçisi: "Hökumət itkilərin miqyasını gizlətməyə çalışır"
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Hüquq müdafiəçisi: "Hökumət itkilərin miqyasını gizlətməyə çalışır"

Bakıda bəzilərinin fikrincə, Azərbaycan BMT tərəfindən tanınmış sərhədi daxilində yerləşən, ancaq Ermənistanın nəzarətində olan səkkiz kəndi geri almaq üçün Yerevana təzyiq göstərmək istəyir.

Beynəlxalq Böhran Qrupu (BBQ) Azərbaycanla Ermənistan arasında sentyabrın 12-dən 13-nə keçən gecə sərhəd toqquşmalarının səbəblərini araşdırıb. Həmin toqquşmalarda Ermənistan azı 207, Azərbaycan isə 80 əsgərinin öldürüldüyünü bildirib.

Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edib. Ermənistan deyir ki, Azərbaycan onun suveren ərazisinin azı 10 kv kilometrini tutub və bu, hərbi təcavüzdür. Azərbaycan isə Ermənistanı provokasiyada ittiham edir, sərhədlər delimitasiya olunmadığından, müdaxilədən danışmağın yersiz olduğunu bildirir.

BMT arxivindəki xəritələrdə Zəngəzur necə göstərilir?
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Sentyabrın 14-də tərəflər arasında Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə olunduğu bildirilsə də, son günlər yeni toqquşmalar haqda xəbərlər gəlib.

BBQ sərhəddə eskalasiyanın bir neçə mümkün səbəbindən yazır.

Ukrayna müharibəsi, tələskənlik

Birinci səbəb Azərbaycanın Rusiyanın Ukraynada apardığı müharibədən yararlanması ola bilər. Təkcə Moskvanın deyil, ATƏT-in Minsk qrupunun digər həmsədrləri Vaşinqton və Parisin də diqqəti bu müharibəyə yönəlib.

“Bu nəzəriyyəni Yerevanda da çoxları bölüşür, həmsədrlərin diqqəti başqa yerdə ikən Bakı məqamdan istifadə edərək strateji xəritəni öz xeyrinə dəyişir, Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyini yaxşılaşdırır”, – qurum bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin 44 günlük müharibəsindən sonra Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını dəfələrlə vurğulayıb. Rəsmi Bakı bu baxımdan Minsk qrupunun missiyasının da başa çatdığını deyir.

Gərginliyin ikinci səbəbi Azərbaycanın tələsməsi ola bilər. Bakıda hökumətyönlü bir təhlilçi deyib ki, Prezident Əliyev iki-ü aya sülh sazişinin imzalanmasını istəyir: “Bir səbəb o ola bilər ki, o, 2023-cü ilin iyununda Türkiyədə keçiriləcək seçkiləri düşünür, Bakının qatı tərəfdarı olan Prezident Rəcəb Tayyib Ərdöanən zəifləyəcəyindən, Ankaranın danışıqlarda Azərbaycana dəstəyinin azalacağından narahatdır. ‘Türkiyədə istənilən hökumət Azərbaycana dəstək verəcək, amma heç də hər bir hökumət Azərbaycanın Rusiyaya qarşı maraqlarını Ərdoğan kimi qorumayacaq, Qərblə münasibətlərdə müstəqil olmayacaq’, – hökumətyönlü təhlilçi Böhran Qrupuna deyib”.

Quru dəhlizi və eksklavlar məsələsi

Üçüncüsü, Yerevanda bəziləri eskalasiyanı Azərbaycanın Ermənistan ərazisindən Naxçıvan eksklavına, Rusiya sərhədçilərinin qoruyacağı quru dəhlizi əldə etmək arzusuyla əlaqələndirirlər. 2020-ci ilin atəşkəs bəyanatı Ermənistanla Azərbaycan arasında bütün nəqliyyat marşrutlarının açılmasını nəzərdə tutur. Danışıqlardan agah Qərb diplomatları deyirlər ki, iki ölkə lideri 2022-ci ilin yazında marşrutlar üzrə razılaşma əldə etməyə yaxın olublar. Ancaq avqustun 31-də Brüssel sammitində ümidlərin üstündən xətt çəkilib.

BBQ yazır ki, bu iflasın bir səbəbi Bakının hərtərəfli sülh razılaşmasına çalışmasıdır, yəni, belə bir sazişdən öncə konkret ikitərəfli məsələlərin həllində elə də maraqlı deyil, hətta razılaşma çox yaxın olsa belə. “Digər tərəfdən, (Bakı) bu hədəflərə güclə nail olmaqdan imtina etməyib”, – qurum qeyd edir. Ermənistanın BMT-dəki elçisi sentyabrın 15-də xəbərdarlıq edirdi ki, Azərbaycan Naxçıvana dəhliz açmaq üçün hücuma keçə bilər.

sonuncusu, Bakıda bəzilərinin fikrincə, Azərbaycan BMT tərəfindən tanınmış sərhədi daxilində yerləşən, ancaq Ermənistanın nəzarətində olan səkkiz kəndi geri almaq üçün Yerevana təzyiq göstərmək istəyir. Ermənistanın Azərbaycanda Artvaşen (Başkənd) adlı eksklavı var. “Azərbaycan Ermənistan ərazisində yeni ərazilərə nəzarətdən öz eksklavlarını geri almaq üçün alver predmeti kimi istifadə edəcək”, – yerli ekspert deyib və 2020-ci ildən bəri bu məsələnin Bakı üçün prioritet olduğunu vurğulayıb.

Sülh nə qədər realdır

Azərbaycan 2020-ci il müharibəsi nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağda ermənilərin yaşadıqları yerlərə isə Rusiya hərbçiləri yerləşdirilib.

BBQ son toqquşmaların sülh perspektivinə kölgə saldığını yazır. Belə ki, tərəflər arasında güc fərqi genişlənir və bu da, Bakı üstünlük əldə etmək üçün təzyiq göstərməyə qərar verərsə, əlavə döyüşlərə yol aça bilər.

“Azərbaycan son döyüşlərlə mövqeyini möhkəmləndirdi, döyüş zonasında üstünlüyünü göstərdi. O həm də geosiyasi baxımdan güclü mövqedədir, Avropa ölkələri Rusiyadan qaz təchizatının kəsildiyi bir dönəmdə Bakıdan enerji ixracına nail olmağa çalışır. Ermənistanın əsas qoruyucusu olan Rusiya isə Ukraynada başlatdığı münaqişədə mövqeyini qorumaq üçün mübarizə aparır”, – təhlildə deyilir.

“Nə sənəd imzalamağımızdan asılı olmayaraq, bir saniyədə tualet kağızına dönür və yenə də müharibə aparırıq. Çox pis vəziyyətdəyik, çünki heç bir müharibə bizim üçün yaxşı deyil. Müqavimət göstərə bilmirik”, – Ermənistanın aparıcı rəsmisi sentyabrın 16-da BBQ-yə deyib.

Danışıqlarda əngəllər

Qurum ikitərəfli danışıqlarda praktiki və siyasi əngəllərə də toxunur. Bakının güclənən hərbi üstünlüyü onun danışıqlarda daha sərt mövqe tutmasıyla sonuclanacaq, Yerevanda artan qəzəb isə Baş nazir Nikol Paşinyanın güzəştlərə getməsini çətinləşdirəcək.

Sonuncu Brüssel görüşündə nazirlərə sülh sazişinin mətni üzərində işləmək tapşırığı verilmişdi. Oktyabrın 2-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə ikitərəfli görüşü gözlənir.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG