Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:26

Avropa İttifaqı Rusiyaya qarşı 8-ci sanksiya paketini qəbul etdi


European Union flags flutter outside the EU Commission headquarters in Brussels
European Union flags flutter outside the EU Commission headquarters in Brussels

Yeni sanksiyalar paketi ittifaqın 27 üzvünün hamısı tərəfindən dəstəklənib

Avropa İttifaqı oktyabrın 6-da Rusiyaya qarşı sanksiyaların 8-ci paketini qəbul edib.

Xəbər verilir ki, sanksiyalar paketi ittifaqın 27 üzvünün hamısı tərəfindən dəstəklənib.

Sanksiyalar paketi Moskvanı milyardlarla dollar gəlirdən məhrum etməlidir.

Avropa Komissiyası Rusiya üzərinə Ukraynaya hücuma görə qoyulmuş yeni və daha sərt sanksiyalar paketinin qəbulunu alqışlayıb:

"Bizim beynəlxalq partnyorlarımızla güclü bir şəkildə koordinasiya edilmiş bu paket Rusiyanın Ukraynada, Ukrayna ərazilərinin ilhaqı, saxta referendumlar, əlavə qoşun səfərbərliyi və nüvə hədələri də daxil davam etdirdiyi qanunsuz müharibənin eskalasiyasına cavabdır”.

7 milyard dollarlıq gəlir

Xəbərdə deyilir ki, yeni sanksiyalar Rusiyadan polad və polad məmulatlarının, oduncaq və kağızın, maşınqayırma dəzgahlarının idxalını qadağan etməklə Moskvanı 7 milyard dollar gəlirdən məhrum edəcək. Bu mallar indiyədək qəbul edilmiş mövcud sanksiyalarda yox idi.

Yeni sanksiyalar habelə Rusiyadan kimya xammalının, plastikin və siqaretlərin idxalını qadağan edir.

Buna əlavə olaraq sanksiyalarda Avropa İttifaqından Rusiyaya aviasiyada istifadə olunan ehtiyat hissələrin, məsələn təkər və tormozların, elektrik komponentlərinin, yarımkeçiricilərin ixracına qadağan qoyur.

Sanksiyalar habelə Rusiyaya yalnız hüquq-mühafizə sistemində istifadə oluna biləcək maddə və avadanlığın ixracını qadağan edir.

Putinin nüvə hədələrinə cavab

Sanksiya siyahısına Rusiya Müdafiə Nazirliyindən rəsmilərin və Ukrayna ərazisində qondarma referendumların təşkilində iştirak edənlərin adları əlavə olunub.

Səkkizinci paket habelə Avropa İttifaqı vətəndaşlarına Rusiyanın dövlət şirkətlərinin idarə heyətlərinə daxil olmağı qadağan edir.

Avropa İttifaqı bildirib ki, onun 8-ci paketi qəbul etməsinin önəmli səbəblərindən biri də son vaxtlar Vladimir Putinin nüvə hədələri səsləndirməsi olub.

Bununla belə yeni paketə nüvə enerjisi sahəsində əməkdaşlığa, Rusiya almazının idxalına qadağan daxil deyil.

Yeni sanksiyalara həmçinin dənizlə üçüncü ölkələrə daşınan Rusiya neftinə qiymət həddinin qoyulması da daxildir.

Bu da qeyd olunur ki, belə bir qiymət həddinin qoyulması Rusiyadan kəmərlərlə neft idxalına istisna olaraq icazə verilmiş Aİ üzvlərini təsirləndirməyəcək.

Zelenski: Ukrayna ordusu sürətlə irəliləyir
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

XS
SM
MD
LG