Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:23

Olaf Şolts: 'Rusiya bu müharibədə qalib gəlməməlidir...'


Olaf Şolts
Olaf Şolts

Almaniya kansleri Olaf Şolts aprelin 6-da Budestaqda etdiyi çıxışda bildirib ki, Almaniya Ukraynaya silah göndərilməsini davam etdirəcək.

Deutsche Welle agentliyinin xəbərinə görə kansler deyib ki, “mənası və tez bir zamanda təsiri olan nə varsa” göndəriləcək.

Onun sözlərinə görə Ukraynanın silahla təchziatı bir məqsədə çatılmasına xidmət edir və bu da “Rusiyaya bu müharibədə qalib gəlmək imkanının verilməməsidir”.

Şolts bildirib ki, Almaniya silahı Ukrayna müharibəsinə artıq indinin özündə də az “töhfə” verməyib.

Kansler məlumat verib ki, Ukraynaya antitank və zenit sistemləri, bu silahlar üçün lazım olan raketlər göndərilir.

Şolts əlavə edib ki, hazırda Ukraynaya silahların çatdırılması üçün Kiyevlə danışıqlar aparılır və söhbət heç də təkcə Bundesverin cəbbəxanasında olan silah-sursatdan deyil, dünya silah bazarından alına biləcək hərbi mallardan gedir.

Rusiya Ukraynanın şəhərlərini vurmaqda davam edir
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Almaniyanın tərəddüdü aradan qalxır

NATO-nun başqa müttəfiqlərindən fərqli olaraq Almaniya uzun müddət Ukraynaya silah verilməsində tərəddüd keçirirdi.

Yanvarın sonunda Berlin Ukraynaya səhra xəstəxanası və 5 min hərbi dəbilqə göndəriləcəyini bildirmişdi.

O vaxt Berlinin döyüş silahları verməkdən çəkinməsi NATO, Aİ üzvləri arasında və Ukraynada tənqidlə qarşılanmışdı.

Bundan başqa Almaniya üçüncü ölkələrin Ukraynaya silah göndərməsini bloklamışdı. Lakin fevralın 26-da, Rusiyanın Ukrayanaya açıq təcavüzündən sonra Almaniya Estoniyadan Ukraynaya uzaqvuran topların göndərilməsinə icazə vermişdi.

DW izah edir ki, Almaniyanın bu məsələdə son dərəcə ehtiyatlı tərpənməasi 20 il bundan əvvəl bu ölkədə silahların ixracına sərt nəzarət konsepsiyasının qəbul olunması idi.

Bu konsepsiya münaqişələrin olduğu yerlərə silah ixracını qadağan edir. Konsepsiya habelə üçüncü ölkələrə də ondan aldıqları silahları münaqişə zonalarına göndərilməsinə icazə vermir.

Amma belə görünür son günlərdə Buçada baş vermiş qətliam Almaniyada da siyasi ritorikanı dəyişməkdədir.

Çexiyanın Ukraynaya tanklar göndərdiyi xəbər verilir

Çexiya Respublikası Ukraynaya T-72 tanklarının və BVP piyadaların döyüş maşınlarının (PDM) göndərilməsinə başlayıb.

Bu barədə məlumatı Çexiya hərbiyyəsindəki mənbəyə istinadən aprelin 5-də Reuters agentliyi verib.

Həmin mənbə bundan əvvəl mediada bu barədə yayılan xəbərləri təsdiq edib.

Çexiyanın ictimai televiziyası bundan əvvəl xəbəri Twitter videosu ilə birgə efirə vermişdi.

Tvitdə deyilirdi ki, “bu, NATO müttəfiqləri ilə razılaşdırılmış töhfədir”.

Telekanal bildirirdi ki, informasiyanı Çexiya parlamentinin Avropa İşləri komitəsinin başçısı Ondrey Beneşik verib.

Reuters yazır ki, Çexiyanın müdafiə icması da tank və PDM-lərin göndərilməsini təsdiqləyib, lakin təhlükəsizlik mülahizələri ilə detalları açıqlamayıb.

Nazirdən “nə təsdiq, nə də təkzib”

Müdafiə naziri Yana Çernoçova parlamentə deyib ki, o Ukraynaya göstərilən yardım barədə məlumatı nə təsdiq, nə də təkzib edir:

"Mən yalnız sizi əmin edə bilərəm ki, Çex Respublikası Ukraynaya həm ağır, həm də yüngül hərbi avadanlıq köməyi göstərmək üçün bütün imkanlarından istifadə edir”.

Bu arada Çexiya Müdafiə Nazirliyinin sözçüsü deyib ki, Praqa Ukraynaya Rusiyanın təcavüzü başlanandan bəri 1 milyard kronluq (45 milyon dollar) hərbi yardım göstərib.

Sözçü də yardımın detallarını açıqlamayıb.

Bundan əvvəl aprelin 1-də Almaniya Ukraynaya onlarca zirehli texnikanın göndəriləcəyini bəyan etmişdi.

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, NATO müttəfiqləri bu həftə keçiriləcək iclasda Ukraynaya daha çox silah-sursat verilməsi məsələsini müzakirə edəcəklər.

ABŞ: Rusiya qüvvələrini şərqdə və cənubda qruplaşdırır

ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, Rusiya hazırda Ukraynadakı qoşunlarını ölkənin şərqində və cənubunda yenidən qruplaşdırır.

Sallivan aprelin 4-də Ağ Evdə keçirdiyi brifinqdə deyib:

“Bu mərhələdə biz əminik ki, Rusiya özünün müharibə məqsədlərinə yenidən baxır və hazırda diqqətini bütün Ukrayna ərazisinə yox, onun şərq və cənub hissələrinə yönəldib”.

Sallivan deyib ki, böyük bir ehtimalla Rusiyanın məqsədi bu regionda Ukrayna qüvvələrinə üstün gəlmək və onu mühasirəyə salmaqdır:

“Rusiya bunun ardınca hər hansı taktiki uğurdan özünün qələbə qazandığı barədə təsəvvür yaratmaq və bundan əvvəlki hərbi uğursuzluqlarını pərdələmək üçün istifadə edə bilər”.

“Ruslar anladılar ki, Qərb sınmadı”

Salivan xəbərdarlıq edib ki, Rusiya Kiyev ətrafındakı qüvvələrini geri çəkərək moskvayönlü separatçıların Donbasda nəzarətində olan əraziləri genişləndirmək məqsədi ilə səylərini ikiqat artırmağa çalışır.

ABŞ milli təhlükəsizlik müşaviri bunu da bildirib ki, Rusiyanın hərbi qüvvələri Xerson şəhərini nəzarətdə saxlamaq üçün əlindən gələni edəcək.

Lakin Sallivan Rusiya qüvvələrinin Kiyev ətrafından çıxarılmasını məhz “geri çəkilmə” adlandırıb və deyib ki, Moskva Kiyev istiqamətində məqsədlərinə çata bilməyib.

O deyib ki, ABŞ Ukraynaya hərbi və humanitar dəstəyini bundan sonra da davam etdirəcək:

"Ruslar anladılar ki, Qərb sınmadı”.

Sallivan habelə bildirib ki, ABŞ Buçada törədilmiçş qətliamla bağlı Rusiya üzərinə yeni sanksiyaların qoyulması üçün müttəfiqləri ilə məsləhətləşmələr aparır.

ABŞ sovet tanklarının Ukraynaya verilməsində vasitəçi olacaq

Amerika Birləşmiş Ştatları (ABŞ) Sovet istehsalı olan tankların Avropa İttifaqı (Aİ) ölkələrindən Ukraynaya ötürülməsində vasitəçi olacaq.

Bu barədə Ağ Evə istinadla “The New York Times” xəbər verir. Məlumata görə, Vaşinqton Ukrayna prezidenti Volodimir Zelenskinin xahişindən sonra vasitəçilik etmək qərarına gəlib. Yaxın vaxtlarda Ukrayna hərbçilərinin idarə edə biləcəyi tankların tədarükünə başlanılacağı bildirilir.

Ukraynaya nə qədər avadanlığın daşınacağı və hansı ölkələrdən veriləcəyi barədə məlumatlar açıqlanmır.

Qəzet qeyd edir ki, silahlanma Ukrayna hərbçilərinə Donbassdakı Rusiya obyektlərinə zərbələr endirməyə imkan verəcək.

Kütləvi İnformasiya Vasitələri yazırlar ki, tankların gəlişi beş həftəyə yaxın vaxt apara bilər. Həm də bu Rusiya ordusunun Ukrayna hərbi obyektlərinə və şəhərlərinə havadan hücumlar etdiyi müharibənin yeni mərhələsinin daha bir əlaməti ola bilər.

XS
SM
MD
LG