Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:56

Ukrayna fəalları qətliam törədənlərin bütün dünyada axtarılacağını deyir


Buçada əri qətli yetirilmiş Tanya Nedaşkivka
Buçada əri qətli yetirilmiş Tanya Nedaşkivka

Xəbər verilir ki, Buçada dinc sakinlərin öldürülməsində ittiham olunan Rusiya silahlı qüvvələri briqadasına polkovnik-leytenant Azatbek Omurbekov komandirlik edib

Ukrayna prezident administrasiyası başçısının müşaviri Aleksey Arestoviç Kiyev vilayətinin Buça, Hostomel və İrpen qəsəbələrində hərbi cinayət törətməkdə şübhəli bilinən Rusiya hərbi hissə və birləşmələrinin adlarını və daimi dislokasiya ünvanlarının siyahısını açıqlayıb.

O bu barədə məlumatı və sözü gedən siyahını özünün Facebook səhifəsində dərc edib.

Britaniyanın The Evening Standard qəzeti yazır ki, Ukrayna mənbələri Buça qəsəbəsində qətliam törədilməsində şübhəli bilinən Rusiya komandanının adını açıqlayıb.

Xəbər verilir ki, Buçada dinc sakinlərin öldürülməsində ittiham olunan Rusiya silahlı qüvvələri 64-cü əlahiddə motoatıcı briqadasına polkovnik-leytenant Azatbek Omurbekov komandirlik edib.

Qəzet yazır ki, Buça qəsəbəsində dinc əhaliyə qarşı vəhşilik törədildiyini isbat edən sübut və dəlillər artmaqda davam edir.

Uzaq Şərqdən gətirilən hərbçilər

Ukrayna fəalları və könüllüləri bildirirlər ki, Omurbekovun komandanlıq etdiyi briqadanın daimi xidmət yeri Rusiyanın Uzaq Şərqidir.

Bundan əvvəl də böyük canlı itki verdiyi iddia olunan Rusiyanın Ukraynaya Uzaq Şərqdən, hətta Sakit okean donanmasından hərbçilər gətirdiyi xəbər verilmişdi.

Tretya Sila adlı könüllü qrup bildirib:

“Buçada Xabarovsk vilayətinin Knyaze-Volkonskoye kəndindən gətirilmiş 51460 nömrəli hərbi hissənin əsgərləri olub. Çox tezliklə, bütün bu qatillər, zorlama törədənlər və qarətçilər adbaad məlum olacaqlar”.

InformNapalm qrupundan olan könüllülər də polkovnik Omurbekovun adını açıqlayıblar.

Ukrayna mediasında qətliam və zorlama törədənlərin dünyanın harasında olmalarındabn asılı olmayaraq tapılıb cəzalandırılmasına çağırışlar edilir.

Ruisyaya rədd cavabı verildi

Rusiya Kiyev vilayətinin qəsəbələrində qətllər törətdiyini inkar edir və bunun ukraynalılar tərəfindən “səhnələşdirildiyini” bildirir.

Ukraynanın baş prokuroru İrina Venediktova deyib ki, Kiyev vilayətinin qəsəbələrində 410 sakinin meyitləri aşkar edilib və onlardan 140-ı məhkəmə-tibb ekspertizasından keçirilib.

Rusiyanın Müdafiə Nazirliyi qətlləri əks etdirən çoxsaylı foto və videoları Ukrayna tərəfinin saxtakarlığı adlandırıb və aprelin 4-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsinə çağırıb.

Şuraya rotasiya üzrə sədrlik edən Britaniya Moskvanın bu çağırışını rədd edib.

XS
SM
MD
LG