Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:50

Araz Əzimov: «Bakı hər hansı dövlətə qarşı koalisiyaya qoşulmayacaq»


Araz Əzimovun mətbuat konfransı, Bakı, 4 aprel 2006
Araz Əzimovun mətbuat konfransı, Bakı, 4 aprel 2006
Xarici İşlər nazirinin müavini Azərbaycanını regionda nüvə risqlərinin əleyhinə olduğunu deyir

Martın əvvəlində AŞB-a səfərdən qayıdan Xarici İşlər nazirinin müavini Araz Əzimov İlham Əliyevin Birləşmiş Ştatlar prezidenti ilə görüşə dəvət edilməsi barədə suallara lakonik cavab verdi: «Yayılan xəbərə görə, prezident İlham Əliyevin aprelin sonu, mayın əvvəlində ABŞ-a səfəri gözlənilir və hazırda Amerikada səfərdə olan Xarici İşlər naziri Elmar Məmmədyarov bu məsələləri müzakirə edə bilər».

Cənab Əzimov Azərbaycanın gələcəkdə antiran koalisiyasına qoşulub-qoşulmayacağı barədə suala cavabında bildirdi ki, Bakı heç bir dövlətin əleyhinə olan koalisiyaya qoşulmayacaq: «Ümumiyyətlə, Azərbaycan heç kimin əleyhinə heç bir koalisiyaya qoşulmaq niyyətində deyil. Biz regionda bütün dövlətlərlə normal qonşuluq əlaqələri qurmaq istəyirik. Yeganə dövlət Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistandır. Ümid edirik ki, münaqişənin həlli nəticəsində bu əlaqələr də normal hala salınacaq, daha sonra inkişaf etdiriləcək».

Cənab Əzimov həmçinin əlavə edir ki, Azərbaycan regionda nüvə risqlərinin əleyhinədir və bu təhlükənin qarşısının dinc yolla alınmasına tərəfdardır. ABŞ-ın Azərbaycandan İranla bağlı hansısa xahişinin olması haqqında suala isə, o, belə cavab verdi: «Azərbaycan tərəfdən ümumiyyətlə, İranla bağlı heç bir şey istənməyib».


Araz Əzimovun sözlərinə görə, gələn həftə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasyenin Bakıya səfəri olacaq. Səfər zamanı Azərbaycan və Ermənistan prezidentlərinin Rambuye görüşündən sonra hansı addımlar atılması müzakirə oluncaq.


XS
SM
MD
LG