Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:24

“Atam şəhid olub, qarşılığı budurmu..."


Cavid Hüseynov (sağda)
Cavid Hüseynov (sağda)

►“1992-ci ildə bir çoxları çarpayı altında qaçıb gizlənəndə mənim atam üç körpəsini atıb, Azərbaycan uğrunda döyüşə getdi və şəhid oldu.

O, üç balasını xalqına həvalə elədi. Qarşılığı budurmu ki, şəhidin övladı heç bir günahı olmadığı halda, on aydır həbsdədir?"

Bunu "Qəbələ" futbol klubunun keçmiş kapitanı, jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunmuş futbolçu Cavid Hüseynov məhkəmədə çıxışında deyib.

Mayın 25-də Səbail Rayon Məhkəməsində Cavid Hüseynov son sözünü söyləyib. O bildirib ki, məhkəmə istintaqı zamanı ona qarşı ittihamlar yox, əksinə, günahsızlığı tam sübuta yetirildi:

"Rasim Əliyevin ölümü ilə nəticələnən hadisə mənim heç bir günahım olmadan baş verib. Bibim oğlu Elşən İsmayılov da məhkəmədə ifadəsində dedi ki, Rasimi mənə görə yox, ana söyüşünə görə vurub. Digər ifadələr də təsdiqlədi ki, onlar mənim xəbərim olmadan görüşüblər. Əgər hadisəni gizlətmək istəsəydim, hadisədən sonra Elşənə niyə deyirdim ki, "get, polisə təslim ol"? Mən nə Rasimə, nə də anasına demişəm ki, "hüquq-mühafizə orqanlarına xəbər verməyin". Əgər mən xəbər tutmamışdan əvvəl bütün saytlar bu barədə yazmışdısa, özü polisə xəbər vermişdisə, hamının bildiyi halı mənim deməyimə nə ehtiyac vardı?"

____________________________________________________________

Bunlara da bax:
Xədicə azadlıqda (Video)
London Azərbaycan kleptokratiyasına necə kömək edir

____________________________________________________________

“İKİ AZYAŞLI ÖVLADIM ƏZİYYƏT ÇƏKİR”

Mediada barəsində haqsız və yalan məlumatların yayılmasından gileylənən futbolçu qeyd edib ki, 10 aydır heç bir günahı olmadığı halda, həbsdə saxlanılması ədalətsizlikdir:

"Bu ədalətsizlik təkcə mənə yox, həm də mənim ailəmə qarşıdır. "Şəhidlər bizim hamımızındır" cümləsini söz xətrinə demək lazım deyil. Şəhidin ailəsi aylardır ki, zülmdədir. Mənim iki azyaşlı övladım nahaqdan əziyyət çəkir".

Cavid Hüseynov çıxışının sonunda hakim Elmar Rəhimovdan barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Məhkəmənin hökmü isə mayın 31-də elan olunacaq.

Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Jurnalisti döyüb öldürməkdə təqsirləndirilən beş nəfərin məhkəməsi yaxınlarda yekunlaşıb və onlar 9 ildən 13 ilə qədər həbs cəzası alıb.

Cavid Hüseynov isə CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.

Prokuror Cavid Hüseynova 4 il həbs cəzası istəyib.

Rasim Əliyevin döyülməsi videosu yayıldı

Rasim Əliyevin döyülməsi videosu yayıldı
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (25 may)

Xədicə İsmayıl: “Daha gəncəm”
Günün əsas hadisələri AzadlıqLive proqramında (25 may)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (25 may)

Abid Şərifov: “Sovetskidəki binaların tarixi əhəmiyyəti yoxdur”
Xədicə: "Qaldığım yerdən davam edəcəm"
Gözlə

No media source currently available

0:00 0:16:57 0:00
XS
SM
MD
LG