Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:56

Həbsdə olan MTN polkovniki: 'Özümə qəsd edəcəyəm'


Texnikabank
Texnikabank

MTN-in Baş İstintaq İdarəsinin sabiq şöbə rəisi, hazırda isə həbsdə olan polkovnik Vüsal Ələkbərov deyir ki, 2009-cu ildən mənzil növbəsində olsa da, ona ev verən olmayıb. Ona görə məcbur qalıb ipoteka götürməklə, özünə iki otaqlı ev alıb. 2009-cu ildən 2015-ci ilə qədər də hər ay maaşından 400 manat kredit ödəyib.

Bütün bunlar haqda Vüsal Ələkbərov aprelin 28-də öz məhkəməsində danışıb.

Buna da bax:​ Zərərçəkmiş: '300 min dollarımı alıb buraxdılar'

MTN polkovnikinin işinə Bakı Hərbi Məhkəməsində Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Vüsal Ələkbərov müxtəlif sahibkarlara, özəlliklə "Texnikabank"da böyük məbləğdə əmanəti olanlara hədə-qorxu gəlməklə, yaxud da bir müddət həbsdə saxlamaqla, onların pulunu almaqda suçlanır.

"MTN-nin düşdüyü vəziyyətdən istifadə edib mənə böhtan atırlar"

Amma aprelin 28-də Vüsal Ələkbərov məhkəmədə ifadə verərkən, özünü təqsirli bilməyib. Deyib ki, ittihamlar da, zərərçəkmiş qismində tanınan şəxslərin onun haqqında söylədikləri də yalandır.

Buna da bax:​ Vüsal Ələkbərov işi: MTN polkovniki hakimlərə arxasını çevirdi

MTN polkovniki "Texnikabank"ın "Bakı" filialının rəhbəri olmuş Zal Yusifov haqqındakı cinayət işinin istintaqından da danışıb. Deyib ki, Zal Yusifovla yanaşı, indi onun işində zərərçəkmiş olan Nizami KazımovHüseyn Səfərov barəsində də CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb:

"Nizami Kazımov və Hüseyn Səfərov bir qrup vətəndaşdan topladığı pulları Zal Yusifova verib. Zal Yusifov da həmin vəsaitləri bankın balansına köçürmək əvəzinə, öz şəxsi maraqlarına sərf edib. Nizami Kazımov və Hüseyn Səfərov bu vəsaitlərin müqabilində Zal Yusifovdan 6 faiz gəlir götürüblər. Onlar həmin gəlirin 2 faizini əmanətçiyə, qalan 4 faizini isə özlərinə götürüblər. Həmin vaxt Nizami Kazımov kürəkəni Samir Nadirlinin 704 min avrosunu da Zal Yusifova verib. Bu pula görə də aldığı 6 faizlik gəlirin 2 faizini kürəkəninə verib, qalan 4 faizini isə özünə götürüb. Sonradan əlavə gəlir verilmədiyi üçün Samir Nadirli və pulu depozitdə olan başqa adamlar şikayət eləməyə başladılar. Ona görə Nizami Kazımov da həbs olundu. Yaxınları zərərçəkmişlərə dəymiş ziyanı ödəyəndən sonra onun barəsində qətimkan tədbiri dəyişdirildi və həbsdən buraxıldı. Mən hədə-qorxu yolu ilə Nizami Kazımovdan, başqalarından pul tələb etməmişəm. MTN-nin düşdüyü vəziyyətdən istifadə edirlər, mənə böhtan atırlar, bu yolla qazanc əldə etməyə çalışırlar. Onlar məndən qisas alırlar”.

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': 'Məbləği MTN idarə rəisinin otağında dedilər'

"Yoxsa onlar mənə sui-qəsd edəcəklər”

Vüsal Kazımovun sözlərinə görə, zərərçəkmiş Hüseyn Səfərov da ona böhtan atır. MTN polkovniki deyir ki, Səfərovun cinayəti sübuta yetirilmişdi, sadəcə, o, xəstəliyinə görə həbsdən buraxıldı. "Xahiş edirəm, Zal Yusifov və digərləri ilə bağlı cinayət işinə bu məhkəmədə baxış keçirilsin. Əks halda, özümə qəsd edəcəm. Bunun da günahı məhkəmənin üzərində olacaq”, - Vüsal Ələkbərov belə deyib.

Hakim MTN polkovnikinin son fikirlərini məhkəməni şantaj etmək kimi dəyərləndirib. Vüsal Ələkbərov isə bunun şantaj olmadığını deyir: "Bunun araşdırılmasını istəməyənlər var. Əks halda onlar mənə sui-qəsd edəcəklər”. Vüsal Ələkbərovun məhkəməsi mayın 12-də davam edəcək.

XS
SM
MD
LG