Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:34

28 May - Respublika günüdür. Rəsulzadənin abidəsi önündə [video və fotolar]


28 May - Respublika günüdür
28 May - Respublika günüdür

Azərbaycan Cümhuriyyətinin yaradılmasından 99 il ötür.

1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib. Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edib.

Hər il mayın 28-də müxalif partiyalar Bakının Novxanı kəndində Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib bayram aksiyası keçirirlər.

RƏSULZADƏNİN ABİDƏSİ ZİYARƏT OLUNDU

Müsavat Partiyasının başqanı Arif Hacılı AzadlıqRadiosu-na bildirib ki, onlar bu gün də M. Ə. Rəsulzadənin abidəsini ziyarət edibl'r. 40 dəqiqəlik bayram mitinqindən sonra onlar Fəxri Xiyabana gedib Elçibəyin məzarına baş çəkiblər.

Müsavat Partiyası 28 May - Respublika Günündə Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edir.
Müsavat Partiyası 28 May - Respublika Günündə Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edir.

Müsavat Partiyası 28 May - Respublika Günündə Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edir.
Müsavat Partiyası 28 May - Respublika Günündə Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edir.

Müsavat Partiyası 28 May - Respublika Günündə Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edir.
Müsavat Partiyası 28 May - Respublika Günündə Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edir.

Müsavat Partiyası 28 May - Respublika Günündə Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edir.
Müsavat Partiyası 28 May - Respublika Günündə Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edir.


Müsavat partiyası təmsilçiləri Rəsulzadənin abidəsini ziyarət edib.

Müsavat irsinin araşdırmaçısı Nəsiman Yaqublunun fikrincə, gələn il 100 illik yubiley demokratiya yarışına çevriləcək. Bu səbəbdən gələn il AXC-nin yubileyi təntənəli keçirilməlidir:

“Təəssüf ki, 100 illik yubileyi 99 il əvvəl olduğu kimi, Qarabağla birgə keçirə bilməyəcəyik. Gələn il Gürcüstan, Ermənistan və bir sıra Şərqi Avropa ölkələri də 100 illik yubileylərini keçirəcəklər. Ona görə biz dünyaya idman yarışlarıyla yox, bu cür tədbirlərlə təqdim olunmalıyıq. Dərsliklərdə AXC və liderləri barədə heç bir məlumat yoxdur”.

Aksiyada Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Müsavat Partiyasının 2018-ci ildə keçiriləcək prezidentliyə namizədi kimi təqdim olunub.

Novxanı-28 May
Novxanı-28 May

“ÖZÜNÜZ NƏYLƏ MƏŞĞULSUNUZ?”

İ.Qəmbər çıxışında deyib ki, birillik hakimiyyəti zamanı Əbülfəz Elçibəy cümhuriyyət varisliyini ortaya qoydu. İqtisadi və siyasi azadlıqlar bərpa edildi, dövlət quruldu, Qarabağın işğaldan azad olunması uğrunda önəmli addımlar atıldı, amma 1993-cü ilin iyununda qiyam oldu və demokratik inkişafın qarşısı alındı:

“Əliyev rejiminin rəsmiləri də AXC ideyalarından danışırlar, düz edirsiniz. Amma özünüz nəylə məşğulsunuz, qadınların hüquqlarını pozursunuz, xalqın haqqını tapdalayırsınız. Azərbaycanın istiqlaliyyət tarixinin hansı məqamında bir vergülünüz var? Yoxdur! Bugün yaratdığınız Azərbaycanla fəxr etmək olmur”.

İsa Qəmbər deyib ki, hazırda hakimiyyətin Əliyev rejimindən Paşayevlərə ötürülmə prosesi gedir, yeni mərhələdir. Paşayevlərin tarixində, heç olmasa, Mir Cəlal Paşayev nümunəsi var:

“Mir Cəlal Paşayevin əsərlərinin birində “bu dəyəri yada satmaram” fikri var. Cənab Əliyevlər və Paşayevlər, yekə-yekə danışmaqla deyil. Azərbaycan tarixinə Mir Cəlal Paşayevin həmin cümləsindən başqa bir vergül belə yaza bilməmisiniz. Hələlik şansınız var”.

Novxanı-28 May
Novxanı-28 May

“MÜSAVATIN İŞIĞINI HEÇ KİM KƏSƏ BİLMƏZ”

Bu məqamda işıqlar söndürülüb. İsa Qəmbər “deyəsən, bu söhbət xoşlarına gəlmədi” deyə buna belə münasibət bildirib.

5 dəqiqədən sonra enerji bərpa olunanda, İ.Qəmbər “Müsavatın işığını heç kim kəsə bilməz” söyləyib. O bu yaxınlarda Milli Strateji Düşüncə Mərkəzinin hökumətə təkliflərini xatırlayır.

Həmin təkliflər sırasında bütün siyasi məhbusların azad olunması, mətbuata təzyiqlərə, fəallara, korrupsiyaya son qoyulması daxildir. İ.Qəmbərin fikrincə, 2018-ci il dəyişiklik ilidir, Əliyev-Paşayev rejimi addım atmaq gücündə deyillərsə, Azərbaycan xalqı buna qadirdir.

Rəsulzadə irsinin araşdırmaçılarından şair Teyyub Qurban professor Şirməmməd Hüseynova xitabən deyib ki, “bayrağı kilometrlə yaşatmaq olmur, bayraq qəlblərdə yaşadılır. Şirməmməd müəllim orda səhv edib ki, ‘İlham Əliyev bayrağı 123 kilometr yüksəkliyə qaldırdı ifadəsini işlətdi’. Ölkənin prezidenti və yaxın silahdaşları niyə himnimizi oxumurlar? Niyə xarici idmançılar himnimizi oxumalıdır?”

Teyyub Qurban xatırlayıb ki, ötən il Novxanıdakı çıxışına görə “Ədəbiyyat qəzeti” onu 80 illik yubileyinə görə təbrik etməyib.

Novxanı-28 May
Novxanı-28 May

İRAN AZƏRBAYCANLILARININ MƏSULİYYƏTİ

Müsavat Partiyasının başqanı Arif Hacılı həm partiyasının, həm də demokratik qüvvələrin İranda yaşayan 30 milyonluq azərbaycanlı üçün də məsuliyyət daşıdığını söyləyib:

“Cümhuriyyətin 100 illiyi bütün azərbaycanlıların yaşadığı ölkələrdə qeyd olunacaq. Müsavat Partiyası 2018-ci ili “Cümhuriyyət ili” elan edib və gələn il üçüncü respublikanın qurulmasına çalışmalıyıq. Biz bunun məsuliyyətini dərk edirik”.

O, müxalifətçilərin, xüsusən 26 mayda həbs olunan AXCP sədrinin müavini Gözəl Bayramlının həbsini xatırladıb və onunla bərabər bütün siyasi məhbusların dərhal azad olunmasını tələb edib.

M.Ə.Rəsulzadə ailəsinin üzvü Rail Rəsulzadə çıxışında belə bir arzusunu dilə gətirib ki, AXC-nin 100 illiyində media nümayəndələri “Rəsulzadə kimdir” sualını verməsin. Onun sözlərinə görə, indiki respublika Rəsulzadənin və silahdaşlarının mübarizəsinin nəticəsidir. “Azərbaycan istiqlalı birmənalı olaraq Rəsulzadənin adıyla bağlıdır. Rəsulzadə bu dövlətin qurucusudur və ilk dövlət başçısıdır. Dövlət başçılarının imtiyazları ona da aid olmalıdır”.

Buna da bax:​ 'AXC qurucularının məzarları Azərbaycana gətirilsin'

***

Demokratik Qüvvələrin Milli Şurasının Novxanıda aksiyası başlayanda da elektrik kəsilib. Aksiya təşkilatçıları bunu “ İlham istefa” və “Gözəl Bayramlıya azadlıq” şüarlarıyla əlaqələndirib.AXCP sədri Əli Kərimli çıxış edərkən mikrofon dəfələrlə kəsilib.

Enerji bərpa olunandan sonra çıxış edən AXCP sədri Əli Kərimli bildirib ki, indiki rejim Azərbaycan Xalq Cümhuriyyətini və onun qurucularını tarixdən silmək xətti götürsə də, bunu bacarmayacaq. “Əgər qurucu babalar 1918-ci ildə müstəqilliyi elan etməsəydilər, bugünkü müstəqil Azərbaycan olmayacaqdı.

AXCP-Əli Kərimli
Gözlə
Embed

No media source currently available

0:00 0:01:42 0:00

Onlar 99 il əvvəl başa düşdülər ki, milli istiqlal o zaman tam olur ki, insanların da hürriyyəti olsun. Onlar tarix, keçmiş deyil, hər gün can atmalı olduğumuz gələcəkdir. Qurucu babalar bizə siyasətin çirkin peşə olmadığını təqdim etdilər”, – o, sözlərinə əlavə edib.

Növbəti dəfə işıq söndürülüb yandırılandan sonra AXCP sədri bildirib ki, heç bir qüvvə onları yollarından döndərə bilməyəcək.

Ardınca o, bayram mitinqinin bağlandığını elan edib və himn oxunub.

***

REAL hərəkatının üzvləri də bu il 28 mayı Novxanıda keçirib. Hərəkatın İdarə Heyətinin üzvü Natiq Cəfərli ölkədə insan haqlarının qorunduğu azad bir cümhuriyyət qurulmasını arzulayıb.

REAL-cılar mayın 28-də Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edir
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Novxanı-28 May, 2017
Novxanı-28 May, 2017

REAL İdarə Heyətinin üzvü Natiq Cəfərli bundan əvvəl 28 mayda Rəsulzadənin abidəsi önündə bayram aksiyası keçirəcəklərini demişdi:

“Hər il paytaxtdakı "Cümhuriyyət" abidəsini ziyarət edirdik, amma Formula 1 yarışlarıyla əlaqədar orda ziyarət mümkün olmadığından bu il Novxanıda olacağıq, tədbirimizi bu dəfə fərqli formada keçirəcəyik”.

***

Həmçinin NİDA vətəndaş hərəkatının üzvləri 28 may Cümhuriyyət gününü ayrıca Məmmədəmin Rəsulzadənin Novxanıdakı abidəsinin önündə qeyd ediblər.

NİDA
Gözlə
Embed

No media source currently available

0:00 0:00:44 0:00

Cümhuriyyət 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar gerçəkləşdirmiş, müstəqil dövlətin atributlarını formalaşdırmışdı. Ermənistanın təcavüzünə cavab vermək üçün Müdafiə naziri Mehmandarov və Şıxlınskinin rəhbərliyi ilə az müddət ərzində Azərbaycan Milli Ordusu yaradıldı. Bu ordu 1920-ci ilin yazında Zəngəzurda uğurlu hərbi əməliyyat keçirərək qırğınların qarşısını aldı.

Buna da bax:​ 'Biz də gərək 99 il əvvəlki kimi parlamentli Respublika qurardıq' [video]

Şərqdə ilk dəfə olaraq parlament yaradıldı. Millətin öncül nümayəndələri, ziyalılar, siyasi xadimlər parlamentdə təmsil olundu.

1918-ci ilin mart qırğınları ilə bağlı araşdırma komissiyası formalaşdırıldı. Bu komissiyanın tədqiq etdiyi materiallar azərbaycanlıların Xalq Komissarlar Soveti tərəfindən kütləvi şəkildə məhv edildiyi faktlarını aşkarladı.

Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti Versal sülh konfransına qatıldı. Onların səyi nəticəsində Birinci Dünya müharibəsinin qalibi olmuş Antanta dövlətləri Azərbaycanın de-fakto müstəqilliyini tanıdı.

Buna da bax:​ 'Müstəqillik mübarizəsində nə Əliyev, nə də komandası iştirak edib'

CÜNHURİYYƏTİN HÜQUQİ VARİSİ

Parlamentdə Müsavat fraksiyasının lideri Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə Bakı Dövlət Universiteti yaradıldı. Cümhuriyyət hökuməti maddi çətinliklərə baxmayaraq, yüz nəfər tələbəni xaricə təhsil almağa göndərdi.

Fətəli xan XoyskiNəsib bəy Yusifbəylinin baş nazirliyi ilə demokratik prinsiplər əsasında beş dəfə hökumət formalaşdırıldı. Bu hökumətlər müstəqil dövlətin siyasi-iqtisadi əsaslarını möhkəmləndirmək üçün fəaliyyət göstərirdi.

Buna da bax:​ 'Deyə bilmərik ki, Azərbaycan Cümhuriyyəti demokratiyanın ən bariz nümunəsi idi'

1920-ci il aprelin 27-də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində isə Cümhuriyyət süqut edib. AXC-nin yaradıcıları xaricə mühacirət etməyə məcbur edildi. Baş nazirlər F.Xoyski, N.Yusifbəyli qətlə yetirildi, digər görkəmli dövlət xadimlərinin ailələri və yaxınları repressiyalara məruz qaldılar.

71 il sonra isə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib.

Müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin hüquqi varisidir və bu gün Azərbaycanda dövlət səviyyəsində qeyd olunur.

Respublika Günü Azərbaycanda 1990-cı ildən dövlət bayramı kimi qeyd edilir.

Buna da bax:​ Müstəqillik illərindən geriyə - '28 aprel'ə baxış [video]

XS
SM
MD
LG