Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:54

Əfv sərəncamı verildi. Emin Millinin, Qənimət Zahidin qohumları...


İllüstrasiya
İllüstrasiya

Prezident İlham Əliyevin bu gün, martın 16-da əfv sərəncamı imzalayıb.

Əfv edilənlər arasında müxalifət fəalı, jurnalist Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov, digər qohumu Rövşən Zayıdov, Meydan TV-nin rəhbəri Emin Millinin şərti azadlığa buraxılmış qaynı Nazim Ağabəyovun adları da var. Onlar beynəlxalq hesabatlarda siyasi məhbus adlandırılır. Siyahıda AXCP-çi Elvin Abdullayev, Facebookda "Yaltaqlara dur deyək" kampaniyası aparan ictimai fəal Əbdül Əbilov, İsmayıllı hadisələrinə görə tutulan Cəfər Cəfərov, Səxavət Səmədov da var.

Prezident yanında Əfv Məsələləri Komissiya 2017-ci ildə ilk dəfə fevralın 16-da, sonuncu dəfə isə - martın 11-də toplaşmışdı.

Buna da bax:​ 27 siyasi məhbusun adı əfv komissiyasına verilib

Komissiya üzvləri Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanacağını açıqlamışdılar.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Arzu Abdullayeva Azadlıq Radiosuna bundan əvvəl demişdi ki, siyasi məhbus sayılan şəxslərdən 27-nin adı əfv komissiyasına verilib.

* * *

Prezidentin imzaladığı əfv sərəncamı 423 nəfərə şamil olunur.

Buna da bax: Aysel Novruzda atası ilə yumurta döyüşdürmək istəyir...

Onların arasında NİDA-çı Əbdül Əbilov, Azadlıq qəzetinin redaktoru Qənimət Zahidin və Meydan TV-nin rəhbəri Emin Millinin qohumları, İsmayıllı hadisələrinə görə həbs olunan şəxslərin adları da var. Bu haqda AzadlıqRadiosu-na İnsan Haqları üzrə Birgə İşçi Qrupun üzvü və prezident yanında əfv məsələləri üzrə komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O ad çəkməsə də, ömürlük azadlıqdan məhrum edilənlərdən kimlərinsə cəzalarının başqa cəzayla əvəzlənməsinin nəzərdə tutulduğunu bildirib.

* * *

Əfv sərəncamında başqa kimlərin adı var?

Buna da bax:​ 1-ci vitse-prezidentin qanunla hansı hüquq və vəzifələri var? [video]

Martın 16-da prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 412 nəfər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər.

Onların arasında siyasi məhbus hesab edilən bloqqer Əbdül Əbilovun, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvi Elvin Abdullanın, “Azadlıq” qəzetinin mühacirətdəki baş redaktoru Qənimət Zahidin iki qohumunun adları var.

Buna da bax:​ İlham Əliyevin imzaladığı əfv sərəncamı- [tam siyahı]

Bundan başqa ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş daxili işlər nazirinin keçmiş müavini Zakir Nəsirovun cəzası 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Sərəncam həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 4 nəfərin, o cümlədən Meydan TV-nin rəhbəri Emin Millinin qohumu Nazim Ağabəyovun cəzadan azad edilməsini nəzərdə tutur.

Buna da bax:​ Əfvə reaksiyalar: 'Zakir Nəsirov peşəkar, öz işini bilən biriydi...'

Cərimə cəzasına məhkum edilmiş 3 nəfər də əfv edilib.

XS
SM
MD
LG