Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:40

Əfvə reaksiyalar: 'Zakir Nəsirov peşəkar, öz işini bilən biriydi...'


Əbdül Əbilovun anası: Hər bayramda min dəfə ölüb, dirilirdim
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Əbdül Əbilovun anası: "Hər bayramda min dəfə ölüb, dirilirdim..."

“Salam, sizə qurban. Çox sağ olun, başınıza dönüm, çox sağ olun”.

Bloqqer Əbdül Əbilovun anası Nurcahan xanım martın 16-da axşamüstü gələn zənglərə sevincək, beləcə, cavab verir. Heç zəng edənin kimliyini də soruşub dəqiqləşdirmir, çünki uçmağa qanadı yoxdur. Hamını şirin dillə dindirir, sualları gözləmədən özü danışır: “Əbdül özü də bilir. Özü zəng etdi mənə. Dedi ki, ana, adım siyahıya düşüb”.

Nurcahan Əbilova.
Nurcahan Əbilova.

Amma çox danışa bilmir, söhbətin yarısında kövrəlir: “Sevinirəm, əlbəttə, şükür, şükür, milyon şükür!”.

Nurcahan xanım övladını qarşılamağa hazırlıq gördüyündən, tələsik üzrxahlıq edir: “Məni bağışlayın, işlərim var”.

Buna da bax:​ Əbdül Əbilovun anası: Hər bayramda min dəfə ölüb, dirilirdim

Əbdül Əbilovun anası Nurcahan Əbilova: 'Sevinirəm, əlbəttə, şükr, şükr, milyon şükr!'
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00
Direct-ə keçid

“Sevincim yarımçıqdır”

AXCP-çi gənc Elvin Abdullayev də əfv edilənlər arasındadır. Nurcahan xanım kimi Zülfiyyə Abdullayevanı oğlu muştuluqlamayıb, şad xəbəri başqaları çatdırıb.

Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva
Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva

“Az qalmışdı çıxmağına - 3 ay 20 günü qalmışdı. Deyirsiniz, təqvimlə son günəcən oturtsunlar içəridə? Gözləyirdim əfvini”, - ananın sözləridir.

Amma əfv sərəncamından narazılığını da gizlətmir: “Sevinmirəm desəm, yalan olar, elə şey olarmı ana sevinməsin? Övlad şərlənib tutula, sonra da buraxılanda ana sevinməsin? Amma mən Facebook-da bircə kəlmə də yazmadın. Əfvə düşənlər azdır. Buruq bir əfv oldu. Ən azından 4-5 nəfərin azadlığa çıxmasını gözləyirdim. Bu qədər siyasi məhbus var, onların övladları gözləyirdi. Ailələrin başıpapaqlıları, çörək gətirən kişiləri bu gün həbsdədir. O analara, cavan gəlinlərə, uşaqlara üzülürəm. Sevincim yarımçıqdır, buruqdur”.

Buna da bax: Əfv sərəncamı verildi. Emin Millinin, Qənimət Zahidin qohumları...

Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva: 'Çıxmağına 3 ay 20 günü qalmışdı...'
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00
Direct-ə keçid

“Mən bu sərəncamı alqışlayıram”

Prezident yanında əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev əfvlə bağlı AzadlıqRadiosu-na danışıb.

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev

– Bu əfv sərəncamı sizi nə dərəcədə qane etdi?

– Bir sərəncam yüzlərlə ailəyə sevinc gətirirsə, əlbəttə, mən bu sərəncamı alqışlayıram. Azərbaycanda indiyədək 61 əfv sərəncamı verilib, bu da 62-cidir. Hələ bu qədər geniş əfv sərəncamı olmamışdı. 423 adam cəzadan azad edilib. Bu, böyük işdir. İnsanlar azadlığa çıxırsa, buna sevinmək lazımdır.

Əfv komissiyasının üzvü olaraq sevinirəm ki, müraciətlərə baxılmasında mən də iştirak etmişəm və cənab prezident tərəfindən bizim, çoxsaylı hüquq müdafiə təşkilatlarının, ombudsmanın, çoxsaylı ailələrin fikirləri nəzərə alınıb. Əlbəttə, son söz cənab prezidentin idi. O, kimin əfv edilib-edilməməsinə qərar verirdi. Azadlığa çıxanları təbrik edirəm, yolları bir daha ora düşməsin, ikincisi, bu sərəncamı alqışlayıram.

Buna da bax:​ 27 siyasi məhbusun adı əfv komissiyasına verilib

Əliməmməd Nuriyev: 'Hələ bu qədər geniş əfv sərəncamı olmamışdı'
Gözlə

No media source currently available

0:00 0:03:03 0:00
Direct-ə keçid

– Hüquq müdafiəçiləri 27 nəfərlik siyahı təqdim etmişdilər komissiyaya, ordan cəmi...

– Ordan 7 nəfər nəzərə alınıb. Əlbəttə, onlar istərdilər ki, hamısı azadlığa çıxsın. Onlar həmkarımdır, bu insanların azadlığa çıxmasına çalışırdılar. Ancaq hər zaman maksimum nəticə gözləməməliyik.

– Daxili İşlər Nazirliyinin keçmiş yüksək rütbəli əməkdaşı, Hacı Məmmədov işinə görə tutulan Zakir Nəsirovun ömürlük həbs cəzası 15 ilə endirildi, amma ömürlük azadlıqdan məhrum edilən OMON-çular və ya başqaları unuduldu. Buna münasibətiniz necədir?

Buna da bax:​ İlham Əliyevin imzaladığı əfv sərəncamı- [tam siyahı]

– Zakir Nəsirov peşəkar, öz işini bilən biriydi. Mənim münasibətim belədir. Onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı mübahisələr gedirdi. Keçmiş MTN-in müəyyən rolu olduğu deyilir, müzakirələr aparılırdı. Amma bu adam azadlığa çıxmayıb, cəzası 15 illə əvəzlənib. Hər kəsin azadlığa çıxmaq üçün müraciət hüququ var. Zakir Nəsirov da bağışlanmaqla bağlı dəfələrlə müraciət edib, bu dəfə də prezident onun müraciətini nəzərə alıb cəzasını yüngülləşdirib. İnsana mərhəmət göstərilirsə, niyə narazılıq yaratmalıdır? Prezident müstəsna hüququndan yararlanaraq, onu əfv edib.

XS
SM
MD
LG