Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:46

Qərb ekspertləri daha bir Azərbaycan-Ermənistan müharibəsi haqqında


Artilleriya
Artilleriya

“O bunu edəcək, yoxsa etməyəcək? Keçən il bu vaxt bu bir sual idi. Rusiya prezidenti Ukrayna sərhədlərində 200 minlik qoşun cəmləşdirmişdi. ABŞ kəşfiyyatı xəbərdarlıq edirdi ki, Rusiya tammiqyaslı müharibəyə hazırlaşır. Bütün əlamətlər belə bir hücumun olacağını göstərirdi. Amma yenə də belə bir addım ağlasığmaz sayılırdı…”

Beynəlxalq Böhran Qrupunun rəhbəri Komfort Ero və onun icraçı vitse-prezidenti Riçard Etvudun (Richard Atwood) Foreign Policy jurnalında dərc olunmuş məqaləsində 2023-cü ildə dünyanın 10 münaqişəsinin proqnozlu təhlili verilib.

Məqalədə deyilir ki, Rusiyanın Ukraynadakı müharibəsi bütün dünya boyunca əks-səda versə də, onun ən kəskin təsiri Cənubi Qafqazda hiss olunur.

Ekspertlərin fikrincə, Qarabağ uğrunda son müharibədən sonra belə görünür, Azərbaycan və Ermənistan daha bir qarşıdurmaya doğru gedirlər, Rusiyanın Ukraynadakı “məşəqqətləri” isə Cənubi Qafqazdakı “bütün hesabları qarışdırıb”.

Ero və Etvud hesab edirlər ki, Azərbaycan və Ermənistan arasında yeni müharibə 44 günlük müharibədən “qısa olsa da, heç də ondan az dramatik olmayacaq”.

Məqalədə deyilir ki, 7000 əsgərin həyatına son qoymuş həmin müharibədə Azərbaycan qüvvələri 1990-cı illərdən Ermənistanın nəzarətində olan Qarabağın bəzi hissələri və ətraf rayonlar üzərində nəzarətini bərpa edib. Bunun ardınca Moskvanın vasitəçilyi ilə atəşkəs elan olunub.

Xankəndi sakini: 'Mağazalarda yalnız çörək və spirtli içkilər qalıb, kartof da tapılmır'
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00

Ermənistan Qarabağa status tələbindən geri çəkilsə də

Məqalə müəllifləri yazırlar ki, o vaxtdan bəri balans Azərbaycanın xeyrinə dəyişib. Ermənistan nə ordusunu, nə də silahlarını təzələyə bilməyib. Onun ənənəvi müttəfiqi olan Rusiyanın özü silah-sursat sarıdan korluq çəkir. Azərbaycan isə, əksinə güclənir. Onun ordusu Ermənistan ordusundan bir neçə dəfə böyükdür, daha yaxşı təchiz olunur və Türkiyə tərəfindən dəstəklənir. Üstəlik də Avropanın təbii qaza olan kəskin tələbatı Bakını cürətləndirib.

Bu da qeyd olunur ki, Rusiyanın Ukraynadakı uğursuzluqları bu münaqişəyə başqa bir tərəfdən də təsir edir. Rusiya sülhməramlıları hələ də ermənilər yaşayan Qarabağda yerləşdirilib. Rusiya habelə Ermənistan-Azərbaycan sərhədindəki qüvvələrini gücləndirib. Ümid buna qalıb ki, kontingent kiçik də olsa, Bakını çəkindirər, çünki o Moskvanı iynələmək istəməz.

Bununla belə, Rusiya qüvvələri ötən il bir neçə toqquşmanı dayandıra bilməyib. Azərbaycan mart və aprel aylarında Qarabağda bir az da ərazilər ələ keçirib.

Ukraynadakı müharibə sülh danışıqlarına da kölgə salıb. 2020-ci il razılaşması regionda iqtisadi və nəqliyyat kommunikasiyalarını açmalı idi. Güman edilirdi ki, qarşılıqlı ticarət bağları kompromisi asanlaşdıracaq. Əslində Ermənistan Qarabağ üçün xüsusi status tələbindən geri çəkilib, amma hələ də onların təhlükəsizliyinə qarantiya istəyir. Azərbaycan belə bir qarantiyaları verəcəyni iddia edib.

Paşinyan: 'Rusiya Qarabağda sabitliyi təmin edə bilmirsə, BMT-dən mandat istəməlidir'
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

“Sonda Bakı istədiyini zor gücünə ala bilər”

Məqalədə deyilir ki, 2021-ci ilin sonlarında Moskva Azərbaycan və Ermənistan arasında Avropa İttifaqının vasitəçiliyini qəbul etmişdi. O ümid edirdi ki, bununla onun sülhməramlılarının üzərinə düşən yük də bir az yüngülləşəcək. Lakin Ukrayna müharibəsi başlanandan sonra Moskva Aİ-nin diplomatiyasını onun bu regiondakı təsirini də cilovlamaq cəhdi kimi görür.

Nəticədə hazırda ortalıqda iki müqavilə layihəsi var. Bunlardan birini Moskva hazırlayıb. İkinci layihəni Azərbaycan və Ermənistanın özləri Qərbin dəstəyi ilə irəli sürüblər.

Bu layihələrdə sərhəddə stabillik, habelə iki ölkə arasında kommunikasiya və ticarət kimi məsələlər nəzərdə tutulub. Qarabağ məsələsi bir tərəfə qoyulub.

Məqalədə deyilir ki, iki ölkənin layihəsi daha ümidverici görünür, çünki onu tərəflərin özləri hazırlayıblar. Amma bu razılaşmaya Moskvanın necə yanaşacağı bəlli deyil. Necə olursa olsun tərəflər arasında fikir ixtilafı qalır. Bütün kartlar Bakının əlindədir və o ehtimal ki, ticarət və xarici siyasət baxımından sazişdən, hərbi yolla nail olacağından daha çox qazana bilərdi.

Sonda Komfort Ero və Riçard Etvud yazırlar:

“Təhlükə ondadır ki, danışıqlar heç bir yerə aparıb çıxarmır və daha bir alovlanma həm Moskvanın, həm də Qərbin dəstəklədiyi cığırları poza, Azərbaycan isə istədiyini zor gücünə ala bilər.

Azərbaycanlı frankofonlar: "Biz Makronu yox, Fransanı sevirik"
Gözlə

No media source currently available

0:00 0:06:38 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG