Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:43

Koronavirus 8 martı, ikonaları və əl öpməyi ‘qadağan edir’


Rusiyada pravoslav keşiş desantçılara müqəddəs su çiləyir
Rusiyada pravoslav keşiş desantçılara müqəddəs su çiləyir

Qazaxıstan prezidenti Qasym-Zhomart Toqaev 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə keçiriləcək bütün ictimai tədbirləri qadağan edib.

Toqaev bu barədə bəyanatı martın 2-də Twitter vasitəsilə verib.

"Mən 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Nur-Sultan şəhərində keçirilməsi nəzərdə tutulan təntənəli konserti ləğv edirəm. Bu, dünya boyunca koronavirusun yayılması ilə bağlıdır. Bütün qadınlara sağlamlıq və xoşbəxtlik arzulayıram”.

Toqaevin xələfi Nursultan Nazarbaev 30 illik hakimiyyəti dövründə hər il martın 8-də ölkənin tanınmış qadınları ilə xüsusi görüşlər keçirərdi.

Bu görüşlər televizya ilə translyasiya edilər və ardınca qadınlar bayramına həsr edilmiş böyük konsertlər olardı.

Son günlərdə Qazaxıstan koronavirus epidemiyası ilə bağlı bir sıra ölkələrə uçuşları dayandırıb.

Qazaxıstanda hələki yoluxma halının qeydə alınmadığı xəbər verilir.

Əmr tövsiyə xarakteri daşıyır

Rusiyada Kazak Şurası ikonaları və keşişlərin əllərini öpməyi qadağan edib.

Ataman Gennady Kovalyovun sərəncamında deyilir ki, ikonalara və kütləvi sitayiş əşyalarına toxunmaq qadağan olunur.

Bununla belə ataman dəqiqləşdirir ki, onun əmri tövsiyə xarakteri daşıyır və müvəqqətidir.

Martın 2-də səhər İtaliyadan Rusiyaya gələn bir nəfərdə koronavirus təsdiq olunub.

Yoluxmadan qorxmadığını göstərənlər

Koronavirus indiyədək 60 ölkədə 89 min nəfərə yoluxub.

Martın 2-ə olan məlumata görə COVID19 virusundan ölənlərin sayı 3 min nəfəri keçib.

Yoluxmanın ən böyük konsentrasiyası hazırda Cənubi Koreyadadır. Orada virusa yoluxmuş 3736 nəfərdən 26-sı vəfat edib.

Burada virusun geniş yayılmasına səbəblərdən biri də yerli xristian Sinçxonci kilsəsində kütləvi ibadətlərin keçirilməsi olub.

Bu təriqətin 12 liderinə qarşı ittiham irəli sürülüb.

Onlar qətldə və infeksiyaların yayılmasının qarşısının alınması haqqında qanunu pozmaqda ittiham olunurlar.

Koronavirusun geniş yayıldığı ölkələrdən biri də İrandır.

Burada yerli sakinlərdən bəziləri son vaxtlar xəstəlikdən qorxmadıqlarını göstərmək üçün müqəddəs şiə ocaqlarındakı sitayiş yerlərini öpməyə və yalamağa başlamışdırlar.

İranda koronavirusa 593 nəfərin yoluxduğu, bunlardan 43 nəfərinin öldüyü bildirlir.

XS
SM
MD
LG