Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:53

37 ilin liftini təzələmək üçün nə lazımdır?


İşləməyən lift
İşləməyən lift

"Bu binada azı 400 ailə yaşayır. 4 ilə yaxındır ki, yuxarı mərtəbələrdə yaşayan ailələr düşüb çıxmaqda əziyyət çəkirlər. Səbəb də liftin xarab olmasıdır".

Məhəmməd Hadi küçəsindəki 23 saylı binanın 8-ci mərtəbəsində yaşayan 1-ci qrup əlil Sərvət Adıgözəlov AzadlıqRadiosu-na iddia edir ki, binanın lifti 3 ildən çoxdur işləmir. Ancaq aidiyyəti təşkilatlar bu problemi həll etməyi bina sakinlərinin öz üzərinə qoyur. Sakinlər dəfələrlə lift hissələri alıb lifti işlək vəziyyətə gətirsələr də, az keçmir ki, yenə xarab olur:

Buna da bax:​ Liftpulunu vaxtında ödəyən sakinlər liftsiz qalıb

“DEYİRDİLƏR, FHN-Ə ZƏNG VUR”

"Nə sirri-xudadırsa, bilmirik, burdan hissələr üçün pul toplayırıq, alırıq, usta gəlir, düzəldir, gedir, yenə xarab olur. Artıq ustalar da bu binaya gəlmək istəmir, deyirlər, ‘gedin Bakı Lift İdarəsinə deyin, təzə lift quraşdırsınlar’".

Sərvət Adıgözəlov arabaya təhkim olunmuş əlildir. Ayda iki-üç dəfə həkimə gedib-gəlməlidir, davamlı parka düşüb təmiz hava qəbul etməlidir, ancaq liftin olmaması necə deyərlər, əlili "göyün üzündə" saxlayıb:

"Faktiki, dördüncü ildir ki, hər şeydən təcrid olmuşam. Bu müddət ərzində cəmi iki dəfə qonşuların köməkliyi ilə arabaqarışıq 8-ci mərtəbədən 1-ci mərtəbəyə düşmüşəm, həkimə getmişəm. Bir dəfə də səhhətim ağırlaşanda uzun danışıqlardan, zəngləşmələrdən, məsləhətlərdən sonra təcili yardım işçiləri özləri gəlib məni arabaqarışıq aşağı düşürüb maşına qoyublar. Daha doğrusu, gəlmək istəmirdilər, deyirdilər, ‘Fövqəladə Hallar Nazirliyinə zəng vur, gəlib səni düşürsünlər, biz də aşağıdan götürək’. Fövqəladə Hallar Nazirliyi isə bildirdi ki, bu, onların yox, həkimlərin işidir. Səhiyyə Nazirliyinə zəng vurub şikayət edəndən sonra həkimlər çıxıb özləri məni düşürdülər. Yəni, bu qədər əziyyət çəkirəm. Özüm də davamlı müalicə almalıyam".

Buna da bax:​ Yeni binadan mənzil alıb, təmir etdirib, amma yaşaya bilmir...

ANASI İŞƏ GİRƏNDƏN QIZ MƏKTƏBƏ GEDƏ BİLMİR

Binada başqa əlillər də yaşayır. Məsələn, 7-ci mərtəbəsində gözdən əlil ailəsi var. Ailənin xanımı Sədaqət Mirzəyeva deyir ki, iki qızı və həyat yoldaşı onun köməkliyi ilə pilləkənləri düşüb çıxır. Ancaq o, işdə olanda əlillər evdən çölə çıxa bilmir:

"Qızım korlar məktəbinə gedirdi. Ancaq mən işə girəndən sonra gedə bilmir. Liftə girmək, düymələri basmaq, liftdən çıxmaq – artıq öyrəncəli idi. Pilləkənləri düşmək isə ona çox çətindir. Bir dəfə işdən gəldim, qonşular təcili yardım çağırmışdılar. Məlum oldu ki, qızım pilləkənləri düşəndə aşıb, qolunu sındırıb, xəstəxanaya aparıblar. Ondan sonra məktəbə qoymuram".

Buna da bax:​ Pansionat: 'Burada şərait əlillərin dediyi qədər də kritik deyil'

Xətai rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, sakinlərin müraciətlərindən sonra qeyd olunan binadakı bir neçə blokda liftlər Bakı şəhər Lift İdarəsi tərəfindən təzələnib. Lakin 5-ci blokda lift problemi olması qurum üçün təzə xəbərdir. Qurumdan bildiriblər ki, bu barədə Bakı şəhər Lift İdarəsinə məktub göndərəcəklər.

XS
SM
MD
LG