Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:34

ABŞ və Rusiya hərbi komandanları danışıblar


Rusiya Baş Qərargahının rəisi general Valeri Gerasimov və ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri general Mark Mili (Arxiv fotosu)
Rusiya Baş Qərargahının rəisi general Valeri Gerasimov və ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri general Mark Mili (Arxiv fotosu)

Rusiya Baş Qərargahının rəisi general Valeri Gerasimov və ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri general Mark Mili arasında telefon söhbəti olub

Noyabrın 23-də Birləşmiş Ştatlar və Rusiyanın ən yüksək vəzifəli hərbi komandanları arasında telefon danışığı olub.

Bu telefon danışığı Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərəkətlərindən Qərbin narahatlığının ən yüksək həddə çatdığı bir vaxtda baş verib.

Kiyev və Qərb ölkələri Rusiyanın Ukrayna sərhədləri yaxınlığında qoşun və hərbi texnika cəmləşdirməsi ilə bağlı həyəcan təbili çalırlar.

Ukrayana hərbi kəşfiyyatının noyabrın 21-də verdiyi məlumata görə sərhəd yaxınlığında Rusiyanın cəmləşdiridiyi hərbçilərin sayı 92 minə çatıb.

Kreml bu barədə iddiaları “əsassız” adlandırır.

Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ilin martında ilhaq edib. Bunun ardınca Ukraynanın şərqində separatçıların başladıqları münaqişədə indiyədək 13 min 220 nəfər həyatını itirib.

Kommunikasiyanın davamı

Rusiya Müdafiə Nazirliyinin noyabrın 23-də verdiyi bəyanatda deyilir ki, Rusiya Baş Qərargahının rəisi general Valeri Gerasimov və ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri general Mark Mili “beynəlxalq təhlükəsizliyin hazırkı məsələlərini” müzakirə ediblər.

ABŞ Müdafiə Nazirliyi də belə bir söhbətin yer aldığını təsdiq edib və bildirib ki, Gerasimov və Mili “təhlükəsizliklə bağlı narahatlıq doğruran məsələlər” barədə fikir mübadiləsi aparıblar.

Pentaqon bildirir ki, iki hərbi lider arasındakı söhbət “risklərin azaldılmasına və münaqişəsizləşdirməyə” dair kommunikasiyanın davamıdır.

Rusiya və ABŞ müdafiə nazirlikləri bundan başqa təfərrüat verməyiblər.

Ukrayna deyir ki, Rusiya hücuma hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Rusiyaya göstərmək üçün

Bu danışıqlardan iki gün əvvəl ABŞ-ın Ukraynaya göndərdiyi iki keşikçi kateri yük gəmisi ilə Qara dənizdəki Odessa limanına gətirilib.

Bu ayın əvvəllərində ABŞ-ın Kiyevdəki səfirliyi bildirmişdi ki, ada tipli iki keçikçi kateri “ABŞ-ın 2014-cü ildən bəri Ukraynaya göstərdiyi 2.5 milyard dollarlıq təhlükəszilik yardımının bir hissəsidir”.

Məlumatda bildirilirdi ki, sözü gedən katerlər Ukraynanın dəniz təhlükəsizliyini gücləndirəcək və onun NATO donanması ilə qarşılıqlı əməliyyat uyğunluğunu təmin edəcək.

Kremlin sözçüsü Dmitri Peskov noyabrın 23-də deyib ki, ABŞ-ın Ukraynaya daha çox hərbi avadanlıq və hərbi müşavirlər göndərmək qərarı gərginliyi daha da artıracaq.

Ötən həftə ABŞ-a səfər etmiş Ukrayna müdafiə naziri Oleksiy Reznikov demişdi ki, o Vaşinqtondan Ukraynaya hərbi yardımların artırılmasını rica edib.

Reznikov ABŞ-dan istədiyi silah növləri barədə geniş açıqlama verməyib.

O yalnız bunu bildirib ki, bu silahlar “Rusiyanın təcavüzünü dayandırmaq və bu təcavüzün Rusiyaya baha başa gələ biləcəyini nümayiş etdirmək üçün lazımdır”.

XS
SM
MD
LG