Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:36

'MTN işi'ndə nə baş verir? [video]


Eldar Mahmudov və Rabitəçilər - baş verənlərə ekspert təhlili
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

"Eldar Mahmudov və Rabitəçilər" - baş verənlərə ekspert təhlili [A-Live]

Bir yandan keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dindirilməsinə başlanır, o biri yandan onun işi ilə bağlı həbs olunan rabitəçilərin cəzaları yüngülləşir, əmlakları özlərinə qaytarılır.

Keçmiş MTN-çilərin və rabitə işçilərinin məhkəməsində nə baş verir? Sirr dağarcıqları açılacaqmı?

Buna da bax: Eldar Mahmudovun qohumunun cəzası iki dəfə azaldıldı

Keçən həftə məmur işləri iki hadisə ilə yadda qaldı. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov ikinci dəfə prokurorluğa çağırıldı. Daha sonra, diqqət xüsusilə, Eldar Mahmudovun qohumu olduğu deyilən, “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynova yönəldi. Onun cəzası, 13 ildən yeddi il yarıma endirildi. Nazirliyin 13 il cəza verilmiş keçmiş Aparat rəhbəri Vidadi Zeynalovun cəzası isə dörd ilə qədər azaldıldı. Onun əmlakının bir hissəsi üzərindən həbs qaldırıldı, yəni bu əmlaklar özünə qaytarıldı. Bu məmurlar məhkəmənin hökmü ilə dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.

Buna da bax: MTN-in keçmiş şefinin istintaqa çağrılıb

Siyasi şərhçi Azər Rəşidoğluna görə bütün bunların bir izahı var: keçmiş nazir Eldar Mahmudova mesaj verilir ki, sirləri açıqlamasın:

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

"Hədəf Eldar Mahmudovdur, onun ailəsi deyil. Hədəf Vidadi Zeynalov da deyil. Eldar Mahmudova sadəcə mesaj verirlər ki, həbs olunarsansa, əmlakına toxunulmayacaq, sən də əlində olan kompromat qovluğunu işə salmaq barədə düşünmə. Bu, bir pərdəarxası mesajdır və bildirilir ki, əgər sən nə vaxtsa, ölkənin siyasi elitasının maraqlarına uyğun gəlməyən məsələlərdən danışmaq istəsən, sənin biznesin aradan götürülə bilər, o cümlədən, yaxın ətrafın həbs oluna bilər".

Buna da bax: Akif Çovdarova 12 il həbs cəzası verildi [yenilənib]

61 yaşlı Eldar Mahmudov 11 il milli təhlükəsizlik naziri olub. 2015-ci ilin oktyabrında vəzifəsindən azad olunub, rəhbərlik etdiyi nazirlikdən 20-dən artıq yüksək rütbəli zabit mənimsəmə, qulluq səlahiyyətini aşma və digər ağır cinayət ittihamları ilə həbs edilib, ya da işdən çıxarılıb. MTN-çilərin işini indi Prokurorluq aparır, Prokurorluğun əməkdaşlarını isə 12 il əvvəl MTN-çilər, “Hacı Məmmədov” işində dindirib. Bu keçən illərdə Prokurorluğun tərkibi demək olar ki, dəyişməyib, işləyən həmin adamlardır. İndi məhz buna görə təhlilçilər arasında belə fikirlər var ki, indiki tərkibdə olan prokurorluğun MTN işini aparması obyektiv olmaya bilər, çünki, məsələn, Eldar Mahmudov tutularsa, tutaq ki, məhkəmədə, prokurorluq barədə bildiklərini açıqlaya bilər.

Buna da bax: 'Rabitəçilər işi': Cəzalar yüngülləşdirildi, milyonlar özlərinə qaytarıldı [siyahı]

Bakıda sakinlər arasında qısa sorğu keçirib, soruşmuşuq ki, Azərbaycanda korrupsiyada ittiham olunan məmurların ədalətli şəkildə cəzalandırıldığına inanırlarmı?

Korrupsiyada ittiham olunan məmurlar necə cəzalandırılır?
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Eldar Mahmudovun 11 il nazir olduğu dövründə bir sıra beynəlxalq səs-küy yaradan hadisələr də baş verib. Məsələn, 2009-cu ildə Dövlət Neft Akademiyasında terror törədilib, 2012-ci ildə beynəlxalq media İsrail kəşfiyyatının, Azərbaycan ərazisinin İrana qarşı istifadə edilməsi barədə yazıb.

Buna da bax: Ekspert: 'Eldar Mahmudovu həbs eləmək prokurorluğun marağındadır'

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, demokratiyanın oturuşduğu ölkələrdə, təhlükəsizlik sistemində çalışmış şəxslərin məhkəmələrində ölkənin həyatını dəyişə biləcək məlumatlar açıqlanır, beynəlxalq siyasət üçün əhəmiyyətli məlumatlar ortaya çıxır. Amma şərhçi deyir ki, Eldar Mahmudovun nəsə danışacağı inandırıcı görünmür:

"Eldar Mahmudovun biznesi var, ailəsi var, maraqları var. Və o, onlara təhlükə yaratmaq istəməz. Digər tərəfdən, sinəsində orden və medallar daşısa da, general rütbəsi daşısa da, Eldar Mahmudov xaraktercə olduqca ehtiyatlı adamdır, suyu üfürə-üfürə içməyi xoşlayan adamdır. Belə xarakterdə adamın hakimiyyət qarşı amansız çıxışlar edəcəyi gözlənilmir".

Həbs olunmuş MTN-çilər məhkəmədə günahsız olduqlarını deyiblər. Eldar Mahmudov isə iddialarla bağlı açıqlama verməyib.

Buna da bax: MTN polkovniki: '579 adam tutmuşam, amma heç birinin evində... '

O, keçən həftə iki dəfə prokurorluqda dindirilsə də nə özü, nə də vəkilləri heç bir açıqlama verməyiblər. Heç prokurorluq özü də bu dindirmə haqqında hər hansı bir məlumat yaymayıb. Odur ki, hələlik keçmiş nazirə qarşı ittihamların mahiyyəti barədə məlumatlar hələlik yalnız ara-sıra verilən rəsmi xəbərlər və bu xəbərlər əsasında yozumlardan ibarətdir.

Buna da bax:

MTN işində Hacı Məmmədov izi?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

XS
SM
MD
LG