Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:54

Xanım müxbirləri "Bandotdel"dən buraxdılar


Aytac Əhmədova
Aytac Əhmədova

Aytac Əhmədova mağazaya gedərkən, maşına mindirilib və “Bandotdel”ə aparılıb.

Baş ofisi Almaniyada yerləşən, Azərbaycan hökumətini tənqid edən Meydan TV ilə əməkdaşlıq edən iki xanım jurnalist DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Onlar bir neçə saatdan sonra onlar sərbəst buraxılıblar.

Onlara Meydan TV-nin fəaliyyəti ilə bağlı suallar verilib. Televiziyanın rəhbərliyi, eləcə də Mingəçevir hadisələrini zamanı polis bölməsində ölmüş Bəhruz Hacıyevin morqdakı videosunu kimin və necə çəkməsi, müxbirlərin nə qədər maaş alması barədə soruşublar.

Meydan TV-nin yaydığı məlumata görə, saxlananlardan biri – Aytac Əhmədova mağazaya gedərkən, maşına mindirilib və “Bandotdel”ə aparılıb.

Buna da bax: Apteklərdə qıtlıq yaranıb- [Fotolar]

Bundan əvvvəl də Meydan TV-nin əməkdaşları Baş Prokurorluqda dindiriliblər. Baş Prokurorluğun mətbuat xidmətindən Eldar Sultanov AzadlıqRadiosuna demişdi ki, Meydan TV-yə qarşı hər hansı cinayət işi açılmayıb. Jurnalistlər isə Mingəçevir hadisələrinə görə dindirilirlər.

Meydan TV-nin direktoru Emin Milli öz Facebook hesabında yazıb ki, bir neçə gün bundan öncə Aytacın yaxın qohumları işdən çıxarılıb:

"Aytac, onun həmkarı və digər bütün jurnalistlər indiki zamanın qəhrəmanlarıdır. İctimai fəallar, jurnalistlər, siyasətçilər, insan haqları müdafiəçilərinin qondarma həbsinə səbəb olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar başlanmalıdır".

Buna da bax: E.Məmmədyarov: "Cəfəng və təhqiramiz ifadələrdir"

Emin Milli sonda bildirib ki, "repressiyalara baxmayaraq Meydan TV öz işini görməkdə davam edəcək".

XS
SM
MD
LG