Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:43

Rusiya Dumasında Qars sazişini ləğv etməyə çağırış


Ağrıdağ. Ermənilər onu Ararat adlandırır
Ağrıdağ. Ermənilər onu Ararat adlandırır

►Sazişin Naxçıvana da aidiyyatı var

"İzvestiya" qəzeti yazır ki, Rusiya Federasiyası Kommunist Partiyasından (KPRF) olan deputatlar Türkiyə ilə 1921-ci ildə bağlanmış dostluq və qardaşlıq müqaviləsinin (Qars sazişinin) ləğv olunmasını təklif ediblər.

"Biz ölkəmiz və onun müttəfiqləri üçün əlverişsiz olan bütün Rusiya-Türkiyə sazişlərinə yenidən baxılması imkanının hüquqi yollarına baxmalıyıq. Ankara münaqişənin eskalasiyasının onun üçün nə ilə nəticələnəcəyini anlamalıdır. Yalnız bu onu ayılda və yeni təxribatlardan yayındıra bilər," - deyə kommunistlər bildiriblər.

"Ədalətli Rusiya" fraksiyasından olan deputatlar artıq öz kommunist həmkarlarını dəstəkləyiblər. Deputat Oleq Paxolkov deyib ki, Qars sazişi Rusiya Federasiyasının maraqlarının ziddinə imzalanıb.

Kommunist Partiyasının üzvləri deyiblər ki, Gürcüstan və Ermənistan da bu sazişin şərtlərini tanımır və onu ədalətsiz hesab edir.

"Başa düşülməlidir ki, 1921-ci ildə bolşevik hakimiyyəti tükdən asılı idi: xarici müdaxilə və vətəndaş müharibəsi davam edirdi. O şəraitdə Sovet Rusiyası güc mövqeyindən çıxış edərək Türkiyəyə daha əlverişli şərtlər qəbul etdirə bilməzdi," - deyə partiyadan bildiriblər.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Sözügüdən Dostluq və qardaşlığa dair müqavilə 16 mart 1921-ci ildə RSFSR və Türkiyə Böyük Millət Məclisi hökuməti tərəfindən imzalanıb. Müqavilənin şərtlərinə görə keçmiş Qars vilayəti, keçmiş Batumi vilayətinin cənub hissəsi və Ağrıdağı ilə birlikdə İrəvan quberniyasının keçmiş Sürməli uyezdi Türkiyənin tərkibinə keçirdi.

Məhz bu səbəbdən müasir Ermənistan Rüspublikası Qars müqaviləsini tanımaqdan imtina edir.

Qars müqaviləsində Azərbaycana aid də hissə var. Bu, Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Türkiyə və SSRİ onun muxtariyyətinə təminat verirdilər.

Ermənilər müqaviləni həm də bu səbəbdən qəbul etmirlər. Naxçıvanın erməni torpağı olmasını iddia edirlər.

Bildirilir ki, II Dünya Müharibəsindən sonra SSRİ Qars müqaviləsini ləğv edərək 25 il əvvəl tuta bilmədiyi əraziləri tələb etməyə çalışıb. 1945-ci il iyunun 7-də SSRİ-nin Xarici İşlər naziri Vyaçeslav Molotov Türkiyənin Moskvadakı səfirinə deyib ki, Kars, Ərdəhan və Artvin SSRİ-yə qaytarılmalıdır. Ancaq son nəticədə SSRİ Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməli olub.

Türkiyə rus təyyarəsini vurandan sonra iki ölkə arasında qarşıdurma yaranıb. Rusiya Türkiyəyə sanksiyalar qoyub.

_________________________________________________________

Bunlara da bax:

_________________________________________________________

XS
SM
MD
LG