Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:44

'Azərbaycanın pulyuyan maşını' qalmaqalı böyüyür [video]


Avropalı deputatlar Azərbaycanda seçkiləri pulla tərifləyib?
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

Avropalı deputatlar Azərbaycanda seçkiləri pulla tərifləyib?

Azərbaycan hakimiyyətinin 3 milyard dollara yaxın pulu qanunsuz yollarla ölkədən çıxardığı iddia oluna jurnalist araşdırması ətrafında qalmaqal böyüyür.

Sentyabrın 5-də yayılmış və Azərbaycanın pulyuyan maşını adlı bu araşdırmada Azərbaycandan gizli yollarla çıxarılan bu pulların Avropada siyasətçilərə rüşvət verildiyi barədə məqamlar daha çox diqqət çəkir. Jurnalistlər əldə etdikləri sənədlərə dayanaraq qeyd edirlər ki, Azərbaycan hakimiyyəti 2012-2014-cü illərdə Estoniyadakı qanunsuz pulyuma fondundan Avropalı diplomatlara rüşvət verib, onlar da seçki və başqa vaxtlarda hakimiyyəti tərifləyiblər.

Buna da bax:​ Sarah Chayes: 'Bu Qərb demokratiyasına təhlükədir'

Araşdırmada Azərbaycan hakimiyyəti ilə əlaqədə daha çox Avropa Şurası Parlament Assambleyasının üç keçmiş üzvünün - Almaniyadan Eduard Lintner, Sloveniyadan Zmago Jelincic Plemeniti və italiyalı Luca Volonte adı çəkilir.

Bu siyasətçilər müxtəlif dövrlərdə Azərbaycandakı seçkiləri tərifləyiblər. Araşdırma iddia edir ki, onlar rüşvət aldıqları üçün belə ediblər.

Bundan başqa, UNESCO-nun başçısı İrina Bukovanın əri Kalin Mitrevə də ödənişlər edildiyi iddia olunur.

Buna da bax: "Kürü Diplomatiyası: Nə qədər almısız?"

2013-cü ilin payızı

Araşdırmaya görə, oktyabrın 25-də, Azərbaycan hakimiyyət üzvlərinə məxsus, “Danske” bankın Estoniya filialında, çirkli pulların toplandığı 2,9 milyardlıq hesabdan 660 min dollar ödəmə edilib. Bunun 84 min dolları AŞPA-nın keçmiş deputatı, almaniyalı Eduard Lintnerə gedib.

Eduard Lintner
Eduard Lintner

Yazıda deyilir ki, bu ödənişi almazdan iki həftə əvvəl Lintner Azərbaycanda AŞPA nümayəndə heyətində, alman nümayəndə heyətinin başçısı olmuşdu. Yerli hüquq müdafiəçiləri, beynəlxalq müstəqil müşahidəçilər seçkilərin azad və ədalətli keçmədiyini desə də, Lintner seçkiləri tərifləmişdi, demişdi, onun komandası hansısa qanun pozuntusu aşkar etməyib.

Müəlliflər iddia edirlər ki, almaniyalı deputat Lintner ümumilikdə “pulyuyan maşın”dan 1,1 milyon dollar pul alıb.

Buna da bax:​ Prezidentin köməkçisi: 'Sorosun başı havalanıb...'

Lintner özü isə OCCRP-nin tərəfdaşı, Almaniyanın "Süddeutsche Zeitung" qəzetinə müsahibəsində deyib ki, bu vəsait onun rəhbərlik etdiyi, Almaniya Azərbaycan münasibətətlərinin inkişafı təşkilatının hesabına, ofis xərclərini qarşılamaq üçün köçürülüb.

Jurnalistlərin pulyuyan maşından pul almaqda ittiham etdikləri AŞPA-nın sloveniyalı üzvü Zmago Jelincic Plemeniti bu “fonddan” 32 min dollar alıb, o da 2013-cü il seçkisini tərifləyib.

Plementi isə OCCRP-yə deyib ki, bu pulu “Ukana” adlı, 2-ci Dünya Müharibəsi qəhrəmanı Mehdi Hüseynzadə barədə kitabın rus dilinə tərcüməsi üçün alıb.

Buna da bax:​ Əli Həsənov 'The Washington Post'a münasibət bildirdi

Bakıda hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, bu iddialar Avropa qurumlarının nüfuzuna kölgə salır. Onun sözlərinə görə, bu pullar xərclənsə belə, Azərbaycanın imicini yaxşılaşdırmayıb:

Rəsul Cəfərov
Rəsul Cəfərov

“İşğal olunmuş torpaqlarla bağlı Azərbaycanın hansısa irəliləyişi yoxdur, və ya məcburi köçkün və qaçqınlarla bağlı. Biz heç bu istiqamətdə də ciddi bir iş görmürük. Bizim gördüyümüz odur ki, daha çox insan haqları boğulur”.

Araşdırmaya görə, 2012-2014-cü illərdə Kalin Mitrev-ə, UNESCO-nun baş katibi İrina Bukovanın ərinin hesabına ümumilikdə 576 min dollar keçirilib.

Bukova ilə Azərbaycanın münasibətləri yaxşı olub, UNESCO, Parisdə, “Azərbaycan - Dözümlülük ölkəsi” adlı sərgi təşkil edib.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

2013-cü il prezident seçkisində Bukova İlham Əliyevi özü və UNESCO adından təbrik etdiyini deyib.

Onun əri Mitrev isə bu məqaləyə müsahibəsində deyib ki, ödəmələr onun Azərbaycanda işləyən "Avuar Co" şirkətinin göstərdiyi xidmət müqabilində edilib.

Hərçənd, araşdırma bu məlumatın özünü də şübhə altına alan məlumatlar təqdim edir.

Araşdırmaya görə, “pulyuyan maşın”dan AŞPA -da italiyalı keçmiş deputat Luca Volonte 2,6 milyon dollar pul alıb. Onun L.G.V.S. şirkəti “pulyuyan maşın”ın şirkətlərindən birindən 234 min dollar alıb. İndi o, bu ittihamlarla bağlı İtaliyada məhkəmə qarşısına çıxıb.

Buna da bax:​ Italyan deputata ödənən pulun prezident ailəsi ilə əlaqəsi üzə çıxır

Luca Volonte
Luca Volonte

Azərbaycan rəsmiləri bu araşdırmada göstərilənləri israrla rədd edirlər. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, mətbuat xidməti, xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov son iki gündə bir neçə dəfə bəyanat verərək prezidentin və ailəsinin bu araşdırmada göstərilənlərlə heç bir əlaqəsi olmadığını deyiblər.

Əli Həsənov sentyabrın 5-də “Azərtac”a açıqlamasında bu araşdırmanı Azərbaycanın müstəqil xarici siyasətinə qarşı xarici dairələrin və erməni lobbisinin əməli adlandırıb. Onun sözlərinə görə, OCCRP qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurumdur, qərəzli iddialar və subyektiv mülahizələrdən ibarət materialları antiazərbaycan mərkəzləri və şəbəkələri sifariş edir.

Buna da bax:​ Əli Həsənov: "OCCRP kimi qurumların qərəzli mülahizələrdən ibarət materialları sifarişdir"

40-a qədər qeyri kommersiya təşkilatının və araşdırmaçı jurnalistlərin birliyi olan OCCRP beynəlxalq korrupsiya qalmaqallarını və mütəşəkkil cinayətkarlıq hallarını araşdırır.

XS
SM
MD
LG