Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:43

"Kommersant" rayonların qaytarılmasından yazır


►"Biz əsas tələbdən - Qarabağın müstəqilliyinin tanınması tələbindən heç vaxt imtina etməyəcəyik"

Rusiyanın "Kommersant" qəzeti Qarabağ danışıqları ilə bağlı məqalə dərc edib.

Kremlə yaxın mənbə "Kommersant"a Moskvanın Qarabağ münaqişəsinin həllinə çox böyük önəm verdiyini bildirib. "Biz tərəfləri ən yaxın zamanda danışıqlar masası ətrafında oturtmaq üçün zəruri diplomatik mexanizmləri işə salmışıq," deyə mənbə vurğulayıb.

Dialoqun bərpa olunacağı təqdirdə Qarabağ münaqişəsinin nizamlanması təşəbbüsü tamamilə Moskvanın əlinə keçəcək.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan deyib ki, "münaqişənin nizamlanması müzakirə ediləcəksə bu, Kazan sənədi əsasında edilməlidir."

2011-ci ildə Rusiyanın ovaxtkı prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Kazanda bir araya gəlmiş Azərbaycan və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanması üçün "yol xəritəsini" nəzərdən keçirmişdilər.

Bu plana görə, 1992-1994-cü illərdə erməni tərəfinin işğal etdiyi Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Füzuli rayonunun bir hissəsinin, habelə Laçının 13 kəndinin Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçında Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması da planın bir hissəsidir. Münaqişənin həlli yolunda ən çətin məqamlardan biri olan Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsi isə bir neçə ildən sonra referendumda həll edilməli idi. Ancaq əvvəlcə məcburi köçkünlər problemi həll olunmalı idi. Bu plan müzakirə olunsa da, sonda ölkə liderləri razılığa gələ bilməmişdilər.

___________________________________________________________

Bunlara da bax:
Supermarketlər “batırıq” deyir
MN: Ermənilərin hərbi maşını minaya düşüb

___________________________________________________________

Dünən Ermənistan hökumətinin yüksək rütbəli nümayəndəsi "Komersant"a deyib ki, Ermənistan tərəfi daha əvvəl Rusiyanın vasitəçiliyilə əldə edilmiş razılaşmanın müzakirəsinə hazırdır. Onun sözlərinə görə, ətraf rayonlar sonradan "DQR-in tanınması müqabilində" qaytarılmaq üçün tutulub. Mənbə əlavə edib ki, indiki şəraitdə həmin ərazilərdən "Qarabağ əhalisini öldürməyə davam edəcəklər". "Nə burada, nə də Qarabağda heç bir hakimiyyət başqa cür hərəkət edə bilməz. Etsə, o hakimiyyəti iki saatdan sonra devirərlər. ...Biz əsas tələbdən - Qarabağın müstəqilliyinin tanınması tələbindən heç vaxt imtina etməyəcəyik," deyə mənbə qeyd edib.

Postsovet məkanının dondurulmuş münaqişələrindən biri olan Dağlıq Qarabağ konfliktinin son eskalasiyası Moskvanı onun nizamlanması yolunda səyləri kəskin şəkildə artırmağa vadar etdi. Barışığın əldə olunmasından az sonra Rusiya Xarici işlər naziri Sergey Lavrov Bakıya gəlib münaqişə ilə bağlı vəziyyəti azərbaycanlı və iranlı həmkarları ilə müzakirə etdi. Eyni vaxtda Rusiyanın baş naziri Dmitri Medvedev də Yerevana və Bakıya səfərlər etdi. Elə bu gün, diplomatik səylərin tempi azalmamış Lavrov Ermənistana səfər edib.

Münaqişənin həlli istiqamətində səylərin gücləndirilməsinin Moskvanın yeni prioritetinə çevrilməsini təsdiq edən amillərdən biri də prezident Putinin aprelin 14-də özünün ənənəvi canlı yayımı zamanı bu məsələyə toxunmasıdır.

Putin Qarabağ haqda danışır
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

Qarabağ barədə suala cavab verərkən Putin ifadələri çox ehtiyatla seçib və tərəflərin onun fikirlərini hər hansı formada yozmasına imkan yaratmamağa çalışıb. Moskva artıq regionda yaranmış zəif status-kvonun yarada biləcəyi təhlükəni anladığına görə münaqişənin uzunmüddətli həllinə çalışacaq.

Rusiyalı politoloq Dmitriy Polikanov hesab edir ki, son illər ərzində Bakı və Yerevanın mövqeləri daha da sərtləşib və bu gün avtomatik olaraq beş il əvvəlki sülh təkliflərinə qayıtmaq çətin olacaq. Bununla yanaşı Putin problemi ölü nöqtədən tərpətməyə yeni cəhd göstərməyə hazırdır. "Moskvanın fəallaşması vaxtında atılmış addımdır. Birincisi, o, Rusiyanın ən müxtəlif istiqamətlərdə sülhyaratma cəhdlərini göstərir, onun qlobal və regional statusunu təsdiqləyir. İkincisi də bu cəhdlər ölkənin postsovet məkanında dondurulmuş münaqişələrin qatı tərəfdarı imicini sıradan çıxarır," deyə politoloq bildirib.

Moskvadakı Carnegie Mərkəzinin eksperti Aleksey Malaşenko isə Moskvanın Qarabağ münaqişəsi ilə bağlı fəallaşmasını başqa cür izah edir. Onun fikrincə bu, "yeni geosiyasi dividendlər qazanmaq yox, olsa-olsa ...əvvəlki cəhdlərin uğursuzluğundan sonra öz sifətini qoruyub saxlamaq cəhdidir." O deyir ki, münaqişənin yeni eskalasiyası Moskvanı qəfil yaxalayıb.

Ekspertin fikrincə, Putini fəallaşmağa vadar edən həm Ermənistan, həm də Azərbaycanla Rusiya arasında yaranmış mürəkkəb vəziyyətdir. O vurğulayıb ki, Ermənistanda Moskvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) lideri kimi fəaliyyətindən narazılıq artmaqdadır. Bundan başqa, Azərbaycana silah satışı da erməniləri qəzəbləndirib. Beləliklə indi Rusiya Ermənistanda öz imicini bərpa etməlidir. "Azərbaycanla münasibətlərə gəldikdə isə, Rusiya onun tamamilə Türkiyənin nüfuz dairəsinə düşməsinə imkan verməməlidir," deyə Aleksey Malaşenko fikrini izah edib.

Ermənilər Azərbaycana görə Rusiyaya etiraz edir (Video)

Ermənilər Azərbaycana görə Rusiyaya etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun radio proqramında

Danışıqlarda erməni tərəfinin "qırmızı xətti" hardan kemir?
Supermarketlər "batırıq" deyir

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

"Azərbaycanda gəlirin 70 faizdən çoxu yeməyə gedir"
Dolların üstündə qadın şəkli olacaq

XS
SM
MD
LG