Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Qazaxıstanda etiraz aksiyası olub


Qazaxıstanda 20-dək şəxs paytaxt Nur-Sultan şəhərindəki prezident sarayının qarşısında etiraz aksiyası keçirib
Qazaxıstanda 20-dək şəxs paytaxt Nur-Sultan şəhərindəki prezident sarayının qarşısında etiraz aksiyası keçirib

Onlar ötən yanvar ayında antihökumət mitinqlərinin dağıdılması zamanı həlak olmuş yaxınları üçün ədalət tələb edridilər

Qazaxıstanda 20-dək şəxs paytaxt Nur-Sultan şəhərindəki prezident sarayının qarşısında etiraz aksiyası keçirib.

Onlar ötən yanvar ayında antihökumət mitinqlərinin dağıdılması zamanı həlak olmuş yaxınları üçün ədalət tələb edridilər.

İyulun 11-də keçirilən aksiyanın iştirakçıları Almatı, Oskemen, Taraz və Çimkənd şəhərlərindən gəlmişdilıər.

Etirazçılar onların yaxınlarına qarşı irəli sürülmüş ittihamların ölümlərindən sonra ləğv edilməsini, zorakılıqlara dair gemniş təhqiqat aparılmasıbnı tələb edirdilər.

Etirazçılardan biri, Çimkənd şəhərindən olab Murat Abdırayım AzadlqıRadiosuna deyib ki, onun oğlu Nurbolat Alpamıs yanvar ayında keçirilən nümayişdə güllələnib.

O bildirir ki, oğlu silahsız olub və özünün ifadə azadlığından istifadə etmək istəyib:

“Onlar isə oğlumu kütləvi iğtişaşlarda iştirakda ittiham edirlər. Mən bu ittihamın ləğv olunmasını tələb edirəm”.

Bu ilin yanvarında Qazaxıstanın neftlə zəngin Mangistau regionunda yanacaq qiymətlərinin qəfil artılmasına görə başlanmış etiraz aksiyası tezliklə bütün ölkəni bürümüşdü.

Etiraz aksiyalarında minlərlə şəxs saxlanmış və prezident Kasım-Jomart Tokayev etirazların ölkəyə soxulmuş “20 min xarici terrorist” tərəfindən qızışdırıldığını bəyan etmişdi.

Hökumət 20 min terrorçu barədə iddiasına heç bir sübut göstərməmişdi.

İnsan haqları təşkilatları bildirirlər ki, etirazlarda öldürülənlərin sayı rəsmi rəqəmdən qat-qat yüksəkdir.

Ölümündən sonra ittihamlar

İnsan haqları müdafiəçiləri bildirirlər ki, hadisələr zamanı etirazlarla heç bir əlaqəsi olmayan günahsız şəxslər də həlak olub.

Qazaxıstan hökuməti etirazların dağıdılması zamanı həlak olanların adlarını açıqlamaqdan imtina edir.

Etirazlar ölkənin avtoritar lideri Nursultan Nazarbayevin və onun yaxınlarının hakimiyyət səhnəsindən getməsi ilə nəticələnib.

İyulun 11-də keçirilən kiçik aksiyada iştirak edən iki qadın – Aygerim Niyazbayeva və Şapaqat Qadırova deyirlər ki, onların ərləri yanvar etirazlarında güllə yaralarından ölüblər və ölümlərindən sonra onlara qarşı kütləbvi iğtişaşlarda iştirak ittihamı irəli sürülüb.

Onlar bildirirlər ki, mərhum ərlərinin adlarının bu ləkədən təmizlənməsini, cavabdeh olanların məsuliyyətə cəlb edilməsini tələb edirlər.

İşgəncə şübhəliləri

Polis etirazçıları Baş Prokurorluğun yaxınlıqda yerləşən binasına yönəldib və bildirib ki, orada onları prezidentin köməkçisi və prokuror qəbul edəcəklər.

İyunun axırlarında Qazaxıstan baş prokurorunun müavini Aset Şındaliyev demişdi ki, yanvar etirazları zamanı saxlanmış şəxslərdən altısı onlara verilən işgəncələrdən ölüb.

O əlavə edib ki, iğtişaşlarda daha 232 nəfər həlak olub.

Şındaliyev bildirmişdi ki, Milli Təhlükəsizlik Xidmətinin 8 zabiti və bir polis zabiti işgəncə şübhəlisi kimi həbs olunub.

O demişdi ki, ümulikdə 15 zabit saxlananlara işgəncə verməkdə və qanunsuz dindirmə metodlarından istifadədə şübhəli bilinir.

Baş Prokurorluğun məlumatında deyilir ki, 15 nəfər rəsmən işgəncə qurbanı kimi təsdiq olunub.

Dindirlənlərdən bəzilərinə isti ütü ilə işgəncə veriblər.

XS
SM
MD
LG