Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:35

Şirvan mərkəzi poçtunun «sakinləri»


Poçt
Poçt

-

«22 ildir ki, şəhər poçtunun binasında məskunlaşmışıq. Nə qazımız var, nə suyumuz... Balaca bir otaqda 9 nəfər yaşayırıq. Elə otağın ortasında vanna qoyub çimirik. 85 yaşında xəstə yoldaşımı da vannada çimdiririk. 40 yaşlı qızım xəstədir, kürəyimizə şəlləyib 3-cü mərtəbədən düşürürük, binadan kənarda küçədə taxtalardan düzəltdiyimiz tualetə aparıb gətiririk».

Bunu AzadlıqRadiosuna Şirvan şəhərindəki Mərkəzi Poçtun binasının 3-cü mərtəbəsində məskunlaşan köçkün Asya Əliyeva danışır. Dediyinə görə, şəraitsiz, soyuq otaqdan həm hamam kimi istifadə edirlər, həm yatıb-dururlar, həm də yeməklərini yeyirlər. Ailə üzvləri namazı da darısqal otaqda növbəylə qılırlar.

«BİZİ DƏ İNSANLAR SİYAHISINA SALSINLAR»

«Biri çiməndə səkkizi dəhlizdə gözləməli olur... Yoldaşımın 85 yaşı var, xəstədir, tez-tez üstünə təcili yardım çağırırıq. Belə şəraitdə xəstə saxlamaq olar?.. İşıq məftilləri qəzalı vəziyyətdədir. Ötən il burada partlayış oldu, bir adam maraqlanmadı ki, bunlar öldülər, qaldılar...».

Asya xanım deyir, binada su və qaz yoxdur. Ona görə də suyu kənardan daşımağa məcburdurlar. Ailə üzvlərinin çoxu xəstə olduğu üçün bu iş əksər vaxtlarda onun çiyinlərinə düşür.

«65 yaşım var. Özüm də xəstəyəm. Ürəyim, ayaqlarım ağrıya-ağrıya 3-cü mərtəbəyə vedrələrlə su daşıyıram. İkinci otağımız olmadığı üçün elə paltarlı yatıb paltarlı dururuq. Şəhərin ortasında cəngəllik şəraitində yaşayırıq. İstəyirik ki, bizə də baxsınlar, bizi də insanlar siyahısına alsınlar».

BİLƏRƏKDƏN ÇƏKDİRİRLƏR?

Şirvan şəhər İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildiriblər ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Komitənin sifarişi ilə şəhərdə köçkün ailələr üçün 3-mərtəbəli, 21-mənzilli bina tikilib. Ötən ay məktəblərdə məskunlaşmış köçkün ailələri həmin mənzilə köçürülüb. Mərkəzi poçtun binasında yaşayan ailənin məqsədi də həmin binaya köçmək olub. Lakin ailəyə izah edilib ki, köçkünlərin məktəb binasında yaşamaları orada təhsil alanlara mane olduğu üçün ilk növbədə onlar köçürülüb.

«Onlara tez-tez «Qaçqınkom»un da, bizim də nümayəndələrimiz baş çəkir, vəziyyətləri ilə maraqlanır. Bilərəkdən yaşadıqları yeri yararsız vəziyyətə salıb oradan-burdan çəkiliş gətizdirib çəkdirirlər», - icra hakimiyyətindən bildirilib.

XS
SM
MD
LG