Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:33

Türkiyənin ‘sirli’ büdcə gəlirləri və Rusiya - Qərb mediası


Türkiyənin maliyyə naziri Nureddin Nebati
Türkiyənin maliyyə naziri Nureddin Nebati

Bu məbləğ 2022-ci ilin ilk səkkiz ayında 28 milyard dollara çatmışdı və büdcənin 40 milyard dollarlıq kəsirinin 70 faizni təşkil edirdi

Türkiyənin maliyyə naziri Ankaranın Rusiya ilə münasibətlərini müdafiə edib.

Financial Times qəzeti yazır ki, Nureddin Nebati ölkəsinin Rusiya ilə iqtisadi bağlarını “yaxşı qonşuluq münasibətləri” adlandırıb.

NATO üzvü Türkiyənin Qərb müttəfiqləri Ankaranın Moskva ilə yaxınlığından narahatdırlar.

Nebati deyib ki, daxildə və xaricdəki “müxalif elementlər” Türkiyənin Rusiya ilə maliyyə bağları ilə əlaqədar “qərəzli suallar qaldırırlar”.

ABŞ və Avropa İttifaqı rəsmiləri Türkiyəni Rusiyanın sanksiya yükünü azaltmaqda günahlandırırlar.

Amma Türkiyə naziri deyib ki, iki ölkə arasında iqtisadi əlaqələr tamamilə “qanunidir”:

“Türkiyə beynəlxalq maliyyə sistemində çox ehtiyatla davranır. Bu beynəlxalq maliyyə sistemini pozacaq hərəkətlərə yol verən bir ölkə deyildir. Bizə hər şey qanuni kanallarla gəlir”.

“Sirli nəhəng məbləğ”

Financial Times yazır ki, ölkəyə xarici kapital axınından asılı olan Türkiyənin iqtisadiyyatı hazırda materialların qiymətinə, ABŞ dollarının bahalığına və yürütdüyü qeyri-standart maliyyə siyasətinə görə təzyiq altındadır.

Bu vəzifəyə ötən dekabrda təyin edilmiş Nebati Türkiyə büdcəsinə xaricdən daxil olmuş “sirli nəhəng məbləğə” də aydınlıq gətirmək istəyib.

Bu məbləğ 2022-ci ilin ilk səkkiz ayında 28 milyard dollara çatmışdı və büdcənin 40 milyard dollarlıq kəsirinin 70 faizni təşkil edirdi.

Nebati deyib ki, onun fikrincə bu məbləğdə əsas pay əvvəllər hesablanmamış turizm gəlirlərinindir.

Onun sözlərinə görə bu pulların vaxtında gəlməməsi Qərbin Moskva üzərinə qoyduğu sanksiyalara görədir.

"Ermənistanın 127 kv kilometr ərazisini itirmişik"
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Gəlir gətirən müharibələrin əhatəsində

Nazir qeyd edib ki, Türkiyə hər tərəfdən – Rusiya, Ukrayna, Suriya və İraq müharibələrinin əhatəsindədir və bu da ölkəyə xarici valyuta axının bir hissəsini təşkil edir.

Nebatinin sözlərinə görə xaricdəki fərdlər və Türkiyə şirkətləri pullarını ölkəyə qaytarıblar.

O Qərb ölkələrində bu pulların mənşəyi barədə şübhələri rədd edib və deyib ki, kapital axını gələn il də davam edəcək.

Türkiyənin maliyyə naziri bildirib ki, Türkiyə Rusiyadan qazın son dərəcə güzəştli qiymətlərlə alınması üçün səylər göstərir və bu, lirə üzərinə təzyiqləri azaldır.

O habelə qeyd edib ki, bu proses prezident Recep Tayyip Ərdoğanın gələn yay keçirləcək seçkilərdəki şanslarını artırır.

Nebatinin sözlərinə görə Rusiya habelə Türkiyədən ödənişlərin gecikdirilməsi şərtinə də razı olub.

Rosatomdan gələn pullar, nazirin bazarlığı

Nazir habelə təsdiq edib ki, Rusiyanın dövlət Rosatom şirkətindən Türkiyədə atom elektrik stansiyasının tikintisi üçün köçürülmüş vəsait də Mərkəzi Bankın xarici valyuta ehtiyatını 5-10 milyard dollar arasında artırıb.

Recep Tayyip Ərdoğan xaricdən səslənən tənqidlərə və inflyasiyanın ötən ay 83 faizi keçməsinə baxmayaraq düzgün maliyyə siyasəti yürütdüyündə israr edir.

O deyir ki, lirənin dollara nisbətdə zəifliyindən faydalanaraq daxili məhsulun istehsalını artıracaq.

İranın Tehran, Həmədan, Şiraz və digər şəhərlərində etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Buna baxmayaraq prezidentin apardığı qeyri-standart maliyyə siyasəti adambaşına düşən ümumi daxili məhsulu 2018-ci ildəki 12,500 dollardan ötən il 9,500 dollara salıb.

Nebati etiraf edib ki, hazırda bir çox türklər çətin dövrdən keçirlər və onun özü də xarici səfərlər zamanı bazarlığını azaltmalı olub.

XS
SM
MD
LG