Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:52

'Müavinətlər gecikir, çörəyi də nisyə alıb yeyirik'


Arxiv fotosu.
Arxiv fotosu.

Gəncə sakini, 1-ci qrup əlil Aynur Məmmədzadənin almalı olduğu müavinət gecikdirilir. İndi o, fevralın da müavinətindən əlini üzüb.

Aynur xanım deyir, gözünü “müavinət” adlı qəpik-quruşa dikib, onu da iki aydan çoxdur ala bilmir:

“Zəngin də dəqiqəsi 10 qəpik...”

“Dekabrin müavinəti çox gec verildi, yanvarınkı hələ də verilməyib. Mağazadan nisyə çörək alıb yeyirik. Daha dükançı da nisyə ərzaq, çörək vermir. Sosial Müdafiə Mərkəzinə zəng edirəm, avtomatik cavab verilir: “Xəttə gözlə, 15-ci adamsan”. Azı, 15-20 dəqiqə gözləyirəm, sonra da əlaqə kəsilir. Zəngin də dəqiqəsi 10 qəpik... Bunlar bizi nə yerinə qoyublar belə?”.

Buna da bax:​ Hökumət ilin sonunda 'ayılıb'

Eyni problem Bakıda və bölgələrdə də yaşanır?

Müavinəti və ünvanlı sosial yardımı gecikmələrlə ödənilən təkcə Aynur Məmmədzadə deyil. Bakıda və bölgələrdə də eyni problem narazılıq doğurub. Şirvan sakini Emil Nəzərov deyir, dekabrla yanvarın ünvanlı sosial yardımını fevralın 8-də alıb:

“Hər ayın 18-24-ü arası olur. Ancaq son iki ayın pulu 3 gün əvvəl keçirilib. Yəqin ki, fevralı da martda, apreldə alarıq. İndi bizə özümüzü bu gecikmələrə alışdırmaq qalıb”.

Buna da bax:​ Deputat: 'Müavinətləri çox verməyin faydası yoxdur' [video]

“Bizim rayonda gecikmələr noyabrdan başlanıb”

Sabirabad rayon sakini Şirvani Ələkbərov deyir, gecikmələrə görə zəng vurduqları qurumda da onları dinləmək istəmirlər:

“Bizim rayonda gecikmələr noyabrdan başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytından götürdüyüm nömrələrə zəng vururam, soruşuram ki, yardımlar niyə gecikir? Eləcə qulaq asıb dəstəyi asırlar”.

Buna da bax:​ Məcburi köçkünlərin vahid aylıq müavinət qaydası təsdiq olundu

Sabirabad sakini Ülviyyə İmanova dekabrda verilməli olan ünvanlı sosial yardımı fevralın 3-də alıb. Yanvarın yardımı isə hələ də köçürülməyib:

“Neçə aydır ki, bu zülmü çəkirik. Bu günlərdə əvvəlki ayların pulunu keçirdilər, ancaq yenə yanvar qaldı. İşləmirəm, evdə əlil uşağım var, qarajda yaşayırıq. Yoldaşım fəhlədir, 110 manat maaşı var. Ünvanlı sosial yardımı da üstünə qoyub birtəhər dolanırıq. O yardım təkcə çörəyimizə çatır”.

Buna da bax:​ Pensiya artımına hər ay 10 milyon yönəldiləcək

“Gecikmə yoxdur, ad, familiya verin, araşdıraq”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Babayev AzadlıqRadiosu-na nə müavinətlərdə, nə də ünvanlı sosial yardımlarda gecikmə olduğunu deyib və sözünü belə tamamlayıb: “Ad, familiya verin, araşdıraq”.

XS
SM
MD
LG