Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:49

«Danışıqlarda irəliləyiş ola biləcəyinə ümid edirəm»


Riçard Qiraqosyan
Riçard Qiraqosyan
Ermənistandakı Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Riçard Qiraqosyanın «Azadlıq» radiosuna müsahibəsi.

- Prezidentlər son Moskva görüşlərinin yekununda heç bir sənəd ortaya çıxmadı, görüş barədə heç bir məlumat verilmədi. Sizcə, nə baş verir, bu cür yüksək səviyyəli çoxsaylı görüşlərə baxmayaraq, proses dalana dirənib?

- Bu görüşün baş tutmasının özü çox diqqətəlayiq idi. Təkcə bu faktı demək kifayətdir ki, danışıqlar istiqamətdə bəzi müsbət irəliləyişlərə doğru intensivləşib. Prezidentlər ATƏT-in Minsk Qrupunun həmsədrləri, onun ardınca da ikinci gün Rusiya prezidentinin iştirakı ilə məhsuldar görüş keçirdilər. İndi yenə ümidlər var ki, dövlət başçıları oktyabrda yenidən görüşəcəklər.

Bu görüşlərin zamanının seçilməsi həm də Türkiyə-Ermənistan danışıqlarına bağlıdır. Bu mənada yaxınlarda Qarabağ danışıqlarında bir irəliləyiş ola biləcəyinə ümid edirəm. Bununla həm də Türkiyə Ermənistanla münasibətləri yaxşılaşdırılmasına haqq qazandıra bilər.

- Eyni zamanda belə görünür ki, Ermənistanda qeyri-sabit siyasi vəziyyət Sarkisyana indi güzəştlərə getməyə imkan vermir.

- Bu istiqamətdə ciddi problem görmürəm. Bəli, əlbəttə, son prezident seçkisindən sonra yaranmış siyasi böhranın aradan qaldırılması üçün hələ bizim həll olunmamış problemlərimiz var. Amma legitimlik problemi Ermənistanda olduğu kimi Azərbaycanda da var. Amma yerli siyasətçilər Qarabağ problemi ilə o qədər də çox oynamırlar. Başqa sözlə, Ermənistanın indiki hakimiyyəti əvvəlkindən daha az populyardır. Məhz buna görə onlar ümidlərini xarici siyasətdə hansısa uğura bağlayırlar.
Qarabağ məsələsində real maneələr hər iki tərəfdə var. Konkret güzəştlərə getmək üçün əngəllər təkcə Ermənistanda yox, Azərbaycanda da var. Danışıqları kimin aparmasından, kimin dəyişməsindən asılı olmayaraq, hər iki tərəfdə fundamental fikir ayrılıqları görürük.

Hələlik Azərbaycan müharibə ritorikasından danışıqlarda fayda əldə etmək üçün istifadə edir. Ermənistan tərəfdə isə müharibədə udmasından istifadə etməyə çalışır. Ermənistan başa düşməlidir ki, hansısa güzəştlər lazımdır. Azərbaycan nəyisə geri aldığını görməlidir.

- Sizcə, Ermənistan-Türkiyə danışıqlarında irəliləyişlər Qarabağ probleminin həllinə nə qədər təsir edə bilər?

- Məncə, bu halda Türkiyənin nüfuzunun artması Azərbaycanda da yaxşı qarşılanardı. Ermənistanda da əlverişli mövqeyə çıxarar, Azərbaycana sülhə daha rahat gedə bilərdi.
Regionda əsas oyunçu, Qarabağ məsələsində vəziyyəti kəskin dəyişə biləcək güc nə Azərbaycandır, nə də Ermənistan. Bu, Rusiyadır. Rusiyanın Azərbaycanla getdikcə güclənən əlaqələri Qarabağ məsələsində hər hansı həll yolunun açarı ola bilər.

- Hazırda münaqişənin həlli üçün əsas kimi götürülən Madrid prinsiplərində deyilir ki, Qarabağın yekun statusu istəyin azad ifadəsi yolu ilə müəyyən olunmalıdır. Ola bilər ki, keçirilməsi mümkün olan referendum gələcəkdə tərəflər arasında münasibətləri yenidən gərginləşdirsin. Bu barədə sizin fikriniz nədir?

- Madrid prinsiplərinin son variantında maraqlı olan da sizin qeyd etdiyiniz məsələdir. Burda konkret və birbaşa «referendum» sözü işlədilmir. Bunun əvəzinə arzunun azad ifadəsi kimi qeyri-müəyyən ifadələrdən istifadə olunur.

Referendum status məsələsidir. Məlum deyil ki, regiondan qovulan azərbaycanlılarla əməkdaşlıq necə olacaq. Heç olmasa onun vaxtının müəyyən olunması bir kompromis olardı.

- Qarabağdakı ermənilərin liderləri də sülh danışıqlarında iştirak etməkdə israrlıdırlar. Sizin buna fikriniz nədir?

- Münaqişənin həllinə mane olan ilk səbəblərdən biri Qarabağın, orada yaşayan ermənilərin münaqişənin bərabər səviyyədə tanınmamasıdır. Kənara itələnmələri onları bütün sülh prosesi üçün dağıdıcı faktora çevirir. Mən Azərbaycan hökumətinə demək istərdim ki, Qarabağın danışıqlara qatılması onların birbaşa tanınmaları, yaxud da status verilməsi demək deyil. Bu, sadəcə olaraq, onların münaqişə tərəfi kimi tanınması deməkdir.

Qarabağın danışıqlarda iştirakını istəməyən təkcə Bakı deyil. Yerevan da belə hüququ olmaya-olmaya danışıqlarda iştirakı monopoliyaya alıb. Qarabağ danışıqlarda iştirak hüququnu tələb etməlidir. Bu, təkcə, onların deyil, həm də Azərbaycanın təhlükəsizliyi üçün lazımdır.

- Ermənistan niyə Qarabağın danışıqlarda iştirakına qarşı çıxır?

- Mən də başa düşə bilmirəm. Ola bilər ki, bu, Ermənistanın daxilindəki siyasi proseslərin bir əks-sədasıdır. Ermənistanın sonuncu iki prezidenti Qarabağdandır.
XS
SM
MD
LG