Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:39

«Hökumət Eynulla Fətullayevi özü həbsdən azad etməli idi»


Rəşid Hacılı və Fuad Ağayev
Rəşid Hacılı və Fuad Ağayev
«Avropa Məhkəməsindən Azərbaycanda həbsdə olan digər jurnalistlərlə bağlı da eyni qərar gözləmək olar. Əslində, hökumətə Eynulla Fətullayevlə bağlı son qərarın nə olacağı çoxdan bəlli idi. Çünki xeyli vaxt idi ki, bu məsələ barədə tərəflər arasında yazışmalar gedirdi. Növbəti belə zərbəyə məruz qalmamaq üçün hökumət tez bir zamanda bu barədə ölçü götürməlidir».

Bu fikirləri «Panorama» verilişində Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı deyib.

«Adətən məhkəmə ilə əməkdaşlıq edən dövlətlər belə xoşagəlməz vəziyyətlərə düşməmək üçün vaxtında lazımi addımlar atırlar. Bu baxımdan hökumət Eynulla Fətullayevi yəqin ki, özü həbsdən azad etməli idi...».

Hüquqşünas Fuad Ağayev isə hesab edir ki, belə qərarların qarşısının alınması üçün Azərbaycana müstəqil, savadlı və korrupsiyadan uzaq hakimlər korpusu lazımdır. Qanunvericiliyin təkmilləşdirilməsində, sistemləşdirilməsində, eləcə də icra hakimiyyəti orqanları tərəfindən tətbiqində konkret addımlar atılmalıdır:

«Son il yarımda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilən ərizələrdən, qəbul edilən qərarlardan da görünür ki, Azərbaycan məhkəmələri necə acınacaqlı vəziyyətdədir...».

Avropa Məhkəməsinin aprelin 22-də verdiyi qərara əsasən, «Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 25 min avro təzminat ödəməlidir.

XS
SM
MD
LG