Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:50

Seçki Məcəlləsinə dəyişiklik edildi


Seçki müddəti azaldıldı
Seçki müddəti azaldıldı
Milli Məclisin iyunun 18-də keçirilən növbədənkənar iclasında «Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» qanun layihəsi qəbul olunub.

Yeni Azərbaycan Partiyasından (YAP) olan bir qrup deputatın təklif etdiyi dəyişikliklərdə seçki müddətinin 75 gündən 60 günə qədər endirilməsi, seçkidə namizədlərə dövlət tərəfindən vəsait ayrılmasının məcəllədən çıxarılması istənilirdi.

Seçki Məcəlləsinin 8.1-ci maddəsində seçki müddətinin azaldılması ilə bağlı edilən təklif paralel olaraq digər maddələrdə də dəyişiklik zərurəti yaradır. Belə ki, seçki müddəti 75 gündən 60 günə qədər azaldıldığından, təbliğat müddəti də 28 gündən 23 günədək azaldılır.

YAP-ın icra katibi, deputat Əli Əhmədov deyib ki, bu dəyişikliklər seçkilərin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. YAP-ın icra katibi düzgün seçim etmək üçün uzun fikirləşməyə ehtiyac olmadığını deyib.

Deputat Pənah Hüseyn isə bu dəyişikliklərin seçicilərin hüquqlarını məhdudlaşdırdığını deyib.

Vitse-spiker Bahar Muradova dəyişikliklərin əleyhinə olan deputatlara Danimarka təcrübəsini misal çəkib. Deyib ki, bu ölkədə seçki müddəti iki həftədir və orada və heç kimin bu müddətin azlığı barədə düşünmür.

Bahar Muradova müxalifətdən olan həmkarlarının fikrlərini əsassız adlandırıb.

Müzakirələrdən sonra qaanun layihəsi 103 səs lehinə, 3 səs əleyhinə olmaqla qəbul edilib.
XS
SM
MD
LG