Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:28

İlham Əliyev və Vasif Talıbovun adı «mətbuat yırtıcıları» siyahısında


Arxiv foto
Arxiv foto
Sərhədsiz Reportyorlar jurnalistlərə qarşı fiziki zorakılığı pisləyir və bildirir ki, 2012-ci ilin yanvar ayından bu yana dünya üzrə ümumilikdə 21 jurnalist və 6 vətəndaş jurnalisti öldürülüb. Onların əksəriyyəti Somali və Suriya kimi müharibə zonalarında həlak olub.

Sərhədsiz Reportyorlar «Mətbuat Yırtıcıları» siyahısını yeniləyib. Siyahı bu il bir qədər də genişlənib və «mətbuat yırtıcıları»nın sayı 41-ə çatıb.

«Bizim cinayətlərin şahidi olmasın» və «Bizdən başqa heç kəsin səsi eşidilməsin» – Bu, avtoritar rejimlərin və informasiya azadlığına düşmən kəsilən silahlı qrupların əsas şüarıdır.

2012-ci ilin ilk rübü göstərdi ki, Suriya rəhbəri Bashar Al-Assad və Somalinin islamçı döyüşçüləri dünyada mətbuat düşmənlərinin önündə gedir.

Bu siyahıda yer alan Liviyanın və Yəmənin keçmiş başçısıları - Muammar Gaddafi Ali Abdallah Salehi 2011-ci ildə hakimiyyətdən getsələr də, informasiya düşmənlərinin ümumilikdə sayı azalmayıb.

2012-ci ildə bu zərərli «klub»a yeni üzvlər qoşulub. Nigeriyada terror yayan islamçı qrup Boko Haram, Misirdə Hüsni Mübarəki əvəzləyin Misir Silahlı Qüvvələri Ali Şurası, Somali federal hökumətinin infromasiya naziri, Azərbaycanın Muxtar Respublikası olan Naxçıvanda hakimiyyəti əlində cəmləşdirmiş Vasif Talıbov, Pakistan xüsusi xidmət orqanları, Kim Çen İrin ölümündən sonra hakimiyyəti oğluna ötürülən Koreya prezidenti Kim Çen Un.

Son zamanlar bir ölkədə birdən artıq mətbuat «yırtıcısı» müşahidə olunmaqdadır. Azərbaycanın da adı 6 belə ölkənin arasındadır. Qeyd olunur ki, Azərbaycanda İlham Əliyev qədər gücə malik Naxçıvan rəhbəri Vasif Talıbov da azad söz düşmənidir. Hesabatda yazılır ki, Vasif Talıbov Naxçıvanı repressiya metodlarını sınaqdan keçirən laboratoriyaya çevirib ki, İlham Əliyev də onu sonradan bütün respublikaya tətbiq edir.

Sərhədsiz Reportyorlar 3 May – beynəlxalq mətbuat azadlığı günündən istifadə edərək jurnalistlərə qarşı təzyiqləri dayandırmağa çağırır.

Bir qayda olaraq Azərbaycanın hökumət təmsilçiləri bu cür bəyanatları əsassız adlandırıraraq Bakıya qarşı siyasi təzyiq cəhdi kimi qiymətləndirirlər.
XS
SM
MD
LG