Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:26

Vəkil: «Nigar Yaqublunun azad olunacağına ümidim daha çoxdur»


Gənc fəal Nigar Yaqublu
Gənc fəal Nigar Yaqublu
-
Apelyasiya Məhkəməsinin Nigar Yaqubluya dair qərarı iqtidar-müxalifət münasibətlərinin nə dərəcə səmimi olduğunu aydınlaşdıracaq. Bunu AzadlıqRadiosuna Nigar Yaqublunun vəkili Osman Kazımov deyib. O ümid edir ki, sentyabrın 17-də Sumqayıt Apelyasiya Məhkəməsi Nigar Yaqublunun xeyrinə qərar çıxaracaq:

«Son vaxtlar iqtidar-müxalifət münasibətlərində bir yumşalma var, görüşlər keçirilir. Düşünürəm ki, Nigar Yaqublunun həbsdə saxlanılıb- saxlanılmaması məsələsi bu söhbətlərin səmimi və ya qeyri səmimi olmasını da üzə çıxara, bu prosesə təsir edə bilər. Onun həbsdən azad olunacağına ümidim daha çoxdur. Çünki Nigar Yaqublunun həbsdə saxlanılmasına qanuni əsas da yoxdur».

N.Yaqublu avqustun 25-də Müsavat üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasına görə saxlanıb. Sentyabrın 11-də barəsində 2 aylıq həbs qərarı çıxarılıb.

Mərhum Aydın Acalovun oğlu Rəşad Acalov istintaqa müraciət edərək atasının ölümü ilə bağlı heç kəsdən şikayətçi olmadığını bildirib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qəzaya uğrayan avtomobili sürücülük hüququ olmayan N.Yaqublunun idarə etdiyi qeyd olunur.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.2-ci (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Müsavat partiyasının yaydığı məlumata görə Nigar Yaqublunu Nemət Kərimli ilə Osman Kazımovdan başqa daha iki vəkil, Aslan İsmayılov və Adil İsmayılovla da müdafiə edir.

Vəkillər N.Yaqublunun işindən apelyasiya şikayəti veriblər.
XS
SM
MD
LG