Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:40

Gülər Əhmədova polis nəzarətinə verilib


Gülər Əhmədova
Gülər Əhmədova
-

Keçmiş deputat Gülər Əhmədova təqsirləndirilən şəxs qismində cəlb edilib və polisin nəzarətinə verilib. Daha öncə Bakı şəhər Prokurorluğunda Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin təqdim etdiyi materiallar əsasında Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanmışdı.

Bu barədə AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. O, istintaqın davam etdiyini və gedişat barədə ictimaiyyətin məlumatlandırılacağını bildirib.

Sentyabrın 25-də Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev rüşvətlə deputat mandatının alınmasından bəhs edən video yaymışdı. Videoda Gülər Əhmədova olduğu iddia edilən bir qadın deputat mandatı üçün 1 milyon manat tələb edir. Videoda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilir.

Ramiz Mehdiyev videoda onun bərəsində danışılanları inkar edir. Gülər Əhmədova videoda montaj hesab edir.

Videoçəkilişlərdə əks olunan məlumatlarla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG