Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:56

«İmkan verməyəcəyik ki, destruktiv qüvvələr ölkəmizi xaosa sürükləsin»


Fuad Ələsgərov
Fuad Ələsgərov
-
«Son zamanlar Bakı və İsmayıllı rayonunda bir qrup şəxs ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan qüvvələrin təsiri altına düşərək ictimai asayişi pozmağa, müxtəlif məzmunlu şayiələr yaymaqla insanları çaşdırmağa və cəmiyyətdə qarşıdurma vəziyyəti yaratmağa cəhd göstəriblər».

APA-nın məlumatına görə, Azərbaycan Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakı və İsmayıllı hadisələrinə belə münasibət bildirib.

Fuad Ələsgərov qeyd edib ki, bu xuliqanlıq hərəkətləri ilə müşayiət olunan hadisələrin qarşısı qısa müddətdə alınıb və ictimai asayiş bərpa edilib:

«Hüquq mühafizə orqanları hər zaman Azərbaycan dövlətçiliyinin keşiyində durub və bundan sonra da duracaq. Heç kəs unutmamalıdır ki, bu dövlət ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində ərsəyə gəlmiş güclü, öz sözünü deməyə, hər cür dağıdıcı qüvvələrin lazımi cavabını verməyə qadir dövlətdir. Bu dövlət Heydər Əliyevin bizə qoyub getdiyi yadigardır və biz heç kimə imkan verməyəcəyik ki, hansısa destruktiv qüvvələr ölkəmizi öz inkişaf istiqamətindən döndərsin, xaosa və özbaşınalığa sürükləsin. Xalqımız təlatümlər, xaos və özbaşınalıq dövrünü yaxın tarixində artıq yaşayıb. Xalqımız müdrikdir və o günlərin təkrarlanmasını istəmir. İnsanlar sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir. Yalnız sabitliyin və təhlükəsizliyin təmin olunduğu şəraitdə ölkəmizin davamlı sosial-iqtisadi inkişafına və yenilənməsinə nail olmaq olar».
XS
SM
MD
LG