Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:33

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 10-luğu elan edildi


"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin büllur prizləri
"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin büllur prizləri
-

Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzali.az-da keçirilən "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir nominasiyasında qısa qiyahısı - onluğu elan edildi.

Münsiflərin 2-ci turda 20-likdəki yazarlara verdikləri ballar onların ilk turdakı balları ilə toplanıb.

Nəticələr belədir: (sıralama şərtidir)

Aygül Qurbanova

Aytən Nəsibbəyli

Balayar Sadiq

Sara Selcan

Könül Həsənqulu

Yaşar Bünyad

Xatirə Nurgül

Fərid Hüseyn

Məmməd Əbülfəzoğlu

Nigar An


Onluğa keçid balı 46 olub.

Onluğa keçməyən yazarlara 2-ci turda verilən ballar:

(Yazarın adının qarşısında əvvəlcə müsabiqənin iki mərhələsinin yekununda aldığı bal qeyd edilir, daha sonra mötərizədə əvvəlcə yazarın müsabiqənin ilkin - imzasız oxunuş mərhələsində aldığı bal göstərilir, vergüldən sonra isə ikinci turda aldığı bal. Sonrakı mötərizədə "+" işarə isə ayrılmış rəqəmlər müəllifə 2-ci turda neçə münsifin bal verməsini göstərir)

Kürçaylı Məmmədov - 45 (31, 14 (2+7+5))

Elxan Yurdoğlu 41 (27, 14 (5+3+6))

Tosif Həsənli – 41 (27, 14 (5+9))

Səxavət Sahil – 40 (30, 10 (3+3+4))

Xuraman Hüseynzadə - 33 (23, 10 (6+4))

Furqan Sadıq – 33 (22, 11 (4+7))

Hacıbala Səfərov 32 (22, 10 (2+8))

Elçin Aslangil 30 (23, 7 (1+2+3+1))

İbrahimxəlil 29 (22, 7 (6+1))

Cabir Umudov - 28 (19, 9 (9))

Sayman Aruz 23 (19, 4 (4))

Şəhriyar del Gerani 23 (19, 4 (4))

Şeir yarışmasının 3-cü mərhələsində - bir neçə gündən sonra şeir onluğu oxuzali.az-da on-line səsverməyə çıxarılacaq və bu dəfə oxucular bəyəndikləri əsərlərə səs verəcəklər. (bu barədə detallı məlumat verəcəyik)

Hekayə nominasiyası üzrə 20-liyin açıqlanmasına isə 2 həftədən az vaxt qaldı.

Şeir onluğuna keçmiş şairlərin qarşıdakı həftələrdə yeni şeirlərini çap etməyi (indidən özləri də göndərə bilərlər), onlardan müsahibələr almağı, o cümlədən yeni imzaları oxuculara daha yaxından tanıtmağı düşünürük.

Hər kəsə uğurlar!
XS
SM
MD
LG