Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:49

James Warlick Dağlıq Qarabağın danışıqlarda iştirakı barədə


James Warlick
James Warlick
-
“Birləşmiş Ştatlar ancaq iki suveren dövlət – Ermənistan və Azərbaycanı tanıyır. Eyni zamanda münaqişənin təsirinə məruz qalan tərəflər –Dağlıq Qarabağ əhalisi və qaçqın və məcburi köçkünlər var. Davamlı həllə çalışarkən biz bütün baxışları nəzərə almalıyıq”. Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick AzadlıqRadiosuna eksklüziv açıqlamasında deyib.

Bir müddət əvvəl Warlick-in tvitter hesabında Dağlıq Qarabağın danışıqlarda birbaşa iştirakını istisna etməməsi rəsmi Bakının kəskin reaksiyasını doğurmuşdu. Azərbaycan danışıqların yalnız iki tərəf – Azərbaycan və Ermənistan arasında aparılmasında israr edir, bundan öncə üçüncü tərəfin prosesə qatılması barədə təklifləri rədd edib.

James Warlick mayın 7-də Carnegie Fondunda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair çıxışında sülhün 6 elementindən söz açıb.

6 ELEMENT DANIŞIQLARI İZLƏYƏN HƏR KƏSƏ TANIŞDIR

Həmin elementlərdə Dağlıq Qarabağa müvəqqəti aralıq statusun verilməsi, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması; Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizin olması, ancaq onun Laçın rayonunu bütünlüklə əhatə etməməsi vurğulanırdı. Elementlərə görə, qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüquqları tanınmalı və nizamlanmanın sülhyaratma əməliyyatı da daxil, beynəlxalq təhlükəsizlik təminatı olmalıdır.

Xarici işlər naziri Elmar Məmmədyarov bu elementlərin əslində yeni olmadığını bildirsə də, bəzi yerli siyasətçilər və politoloqlar həmin prinsiplərdə Azərbaycanın ərazi bütövlüyünün birmənalı vurğulanmadığını, Dağlıq Qarabağa aralıq statusun verilməsinə dair təklifin digər elementləri təhlükəyə atdığını bildirirdi.

Ancaq James Warlick deyir ki, bu 6 element son illər danışıqlar prosesini izləyən hər kəsə tanışdır və onlar Madrid prinsipləri qəbul olunandan sonra bir sıra sənədlərdə əksini tapıb. “Tərəflər hər bir bəndin detalları ilə bağlı razılığa gələ bilmədiyi üçün, inanırıq ki, bu elementlər, BMT Xartiyası və Helsinki Aktının baza prinsipləri ilə birlikdə, münaqişənin davamlı həllinin əsasını təşkil edəcək”.

STATUSUN DETALLARI DANIŞIQLARDA AYDINLAŞMALIDIR

Dağlıq Qarabağa müvəqqəti aralıq statusun verilməsi, eləcə də yekun statusun necə müəyyənləşdiriləcəyi barədə Amerikalı həmsədr bunları deyir:

“Münaqişənin həllinin digər elementləri ilə yanaşı “aralıq status”un detalları da danışıqlarda aydınlaşmalıdır. Mən çıxışımda da qeyd etdim ki, aralıq status təhlükəsizlik və özünüidarəetməyə təminat verməlidir. Tərəflərin müzakirə etməli olduqları digər aspektlər də mövcuddur”.

“Krımın Rusiya tərəfindən ilhaqı məsələsində Birləşmiş Ştatlar Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstək bildirib. Eyni mövqeni Azərbaycanın ərazi bütövlüyü barədə də təkrarlaya bilərsinizmi?” sualını James Warlick belə cavablandırıb:

ƏRAZİ BÜTÖVLÜYÜ PRİNSİPİ


“Biz ərazi bütövlüyü prinsipini güclü şəkildə dəstəkləyirik; inanırıq ki, bu prinsip, gücdən istifadə etməmək və ya güclə hədələməmək, eləcə də xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmə hüququ ilə birlikdə, münaqişənin həllinin əsasını təşkil edəcək”.

6 elementin Azərbaycanın üstünlük verdiyi mərhələli, yaxud Ermənistanın dəstəklədiyi paket həll variantları üzrə həyata keçirilməsinə gəlincə, amerikalı həmsədr düşünür ki, tərəflər sülh razılaşmasının ən yaxşı strukturu və həyata keçirilməsini razılaşdırmalıdırlar. “Yekun həll münaqişənin təsir etdiyi bütün tərəflərin baxışlarını əks etdirməlidir”.

James Warlick Carnegie Fondundakı çıxışında bir daha “sülhün yaxın olduğunu” vurğulayıb. “Münaqişənin təxmini həll tarixini söyləmək mümkündürmü?” Həmsədr deyir:

NÖVBƏTİ ADDIMLAR BİZLİK DEYİL


“Biz bacardığımız qədər tərəflərə yardım etməyə hazırıq. Ancaq növbəti addımları onlar atmalıdırlar. Ümid edirik ki, prezidentlər tezliklə görüşüb irəliyə yolu müəyyənləşdirəcəklər. İki prezident harada görüşmək istəsələr, biz həmin səviyyədə danışıqları asanlaşdırmaqdan məmnun olarıq”.

Mayın 16-dan ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayır. Amerikalı həmsədr tvitter hesabında yazıb ki, onlar Azərbaycanın işğal altında olan Kəlbəcər və Laçın rayonlarına səfər etməyi planlaşdırılar. Həmsədrlər Azərbaycana mayın 18-də gələcəklər.
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00
Direct-ə keçid
XS
SM
MD
LG