Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:44

AŞ PA sədri siyasi məhbus təklifini səsə qoymasına aydınlıq gətirib


-

«Azərbaycanın ərazi bütövlüyü məsələsi Avropa Şurası üçün prioritet təşkil edir. Biz həmçinin Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin ölkədə demokratik islahatlar prosesinin sürətləndirilməsi üçün yaxşı fürsət olduğunu düşünürük».

APA-nın Avropa müxbirinin məlumatına görə, bunu iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Anne Brasseur yay sessiyası çərçivəsində azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Assambleyanın sədri Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti ilə münasibətlərinə də toxunub:

SƏDRİN VƏZİFƏSİ REQLAMENTƏ CAVABDEHLİKDİR

«Səməd Seyidov birinci gün keçirdiyimiz plenar iclasda Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul etdiyimiz qərarla əlaqədar mənə məktub ünvanlayaraq, bu iclasda iştirak edə bilməməsinə öz münasibətini bildirib. Həmin gün səhər Büro qərara almışdı ki, Azərbaycan üzrə siyasi məhbuslar məsələsi qurumun Monitorinq Komitəsinə göndərilsin və bu məsələ Azərbaycan üzrə həmməruzəçilərin hesabatına salınsın. Günorta isə cənab McNamara söz istədi və büronun qərarına etiraz edərək, bu məsələnin İnsan hüquqları Komitəsinə göndərilməsinə təkid etdi. Bizim prosedur qaydalarımız da nəzərdə tutur ki, kimsə belə təklif edəndə buna digər deputat da öz etirazını bildirə bilər. Amma mən zala baxdıqda heç kimin etiraz etmək üçün əlini qaldırdığını görmədim. Hətta kiminsə bu təklifə etiraz edib-etmədiyini soruşdum. Zaldan cənab McNamaranın təklifinə heç kim etiraz etmədi. Daha sonra mən hesabatçının rəyini soruşdum. Bundan sonra isə biz məsələni səsverməyə çıxardıq. Mən iclası aparan şəxs olaraq bu proseduru yerinə yetirməliydim. Çünki sədr olaraq mənim işim ilk növbədə prosedur qaydalara riayət olunmasını təmin etməkdir. Assambleyada bütün məsələlərə eyni qaydada baxılmalıdır. Mənim sədr kimi işim də ilk növbədə reqlamenti gözləmək, daha sonra isə qəbul edilmiş qərarın icrasını təmin etməkdir. Yəni belə məsələlərdə mənim şəxsi mövqeyim heç bir rol oynamır və oynamamalıdır da. Sədrin başqa bir imtiyazı, üstünlüyü yoxdur. Onun işi sadəcə məclisin reqlamentinə cavabdeh olmaqdır».

SƏMƏD SEYİDOVUN ARQUMENTİ

A. Brasseur deyib ki, iclasın fasilədən sonrakı hissəsində Səməd Seyidov onu və Assambleyanın baş katibini manipulyasiya etməkdə günahlandırıb: «Mən bu ittihamı qəbul etmirəm, çünki bu, manipulyasiya deyil, sadəcə reqlamentin icra edilməsidir. Cənab Seyidovun arqumentinin biri də odur ki, o, günorta ziyafətə qatıldığı üçün məsələnin səsə qoyulması zamanı zalda olmayıb. Əlbəttə, birinci gün səhər iclası həmişəkindən bir az uzun çəkmişdi. Amma onu da deyim ki, günorta təşkil etdiyimiz ziyafət deyildiyi kimi saat 13:00-da deyil, saat 13:15-də başlayırdı».

Xanım Brasseur onu da deyib ki, o bu məsələ ilə bağlı etirazları anlamır.

AZƏRBAYCANA «SİYASİ TERROR»?

Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov iyunun 25-də APA-ya deyib ki, «McNamaranın qətnamə layihəsi fırıldaqçılıq, iyrənc formada təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Bu işə indiki AŞ PA sədri Anne Brasseur də qoşulub».

«Mənim bunu demək üçün əsasım var. Assambleyanın reqlamentinə görə, gündüz iclasında saat 13:00-da fasilə elan olunur. AŞPA-nın sədri əvvəlcədən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova bildirib ki, Azərbaycan heyəti xarici işlər naziri Elmar Məmmədyarovun şərəfinə verilən nahara dəvət olunur. Səməd Seyidov da saat 13.00-a bir neçə dəqiqə qalmış nümayəndə heyəti ilə birgə nahara getdi. Eyni zamanda, Türkiyənin də nümayəndə heyətinin üzvləri də fasiləyə çıxdılar. Pusquda duran və bu fürsətdən istifadə edən Gross-la (AŞPA üzvü Andreas Gross-red.) McNamara ikisi bir yerdə dərhal kiçik bir tərkiblə xanım sədrə müraciət edərək, bu qətnamə layihəsi ilə bağlı büronun qərarının ləğv edilməsi məsələsini qaldırdılar. Həmin təklifi gözləyən xanım Anne Brasseur də böyük məmnuniyyətlə məsələni səsə qoydu və cəmi 5 səs çoxluğu ilə büronun qərarı ləğv edildi, məsələ qurumun insan hüquqları və hüquqi məsələləri üzrə komitəsinə göndərildi». E. Süleymanov bu hadisəni «Azərbaycana qarşı siyasi terror» adlandırıb.

Qeyd edək ki, irlandiyalı deputat Michael McNamara siyasi məhbus məsələsinin İnsan Haqları və Hüquqi Məsələlər Komitəsinə göndərilməsinə nail olsa da, bir gün sonra, iyunun 25-də həmin komitə səsvermə keçirib və siyasi məhbus məsələsini Azərbaycan üzrə həmməruzəçi Pedro Agramunt-a tapşırıb. Pedro Agramunt ölkədə insan hüquqlarına dair hesabat hazırlayaq. Ancaq hesabatda əsasən siyasi məhbus məsələsinə diqqət ayrılması gözlənir.

XS
SM
MD
LG