Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:52

"Əliyevlər ailəsinin korrupsiyasını üzə çıxaran..."


Heidi Hautala
Heidi Hautala

►Finlandiyalı deputat jurnalistləri təhlükə ilə üzləşən ölkələr sırasında Azərbaycanın da adını çəkib

"Avtokrat rejimlərin böyük pulları var. Onların korrupsiyasını araşdıran jurnalistlər təhlükə ilə üzləşirlər”.

Avropa Parlamentinin Avronestdəki nümayəndə heyətinin rəhbəri Heidi Hautala “Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada medianın vəziyyəti” mövzusunda seminarda bu sözləri deyib. Avropa Parlamentində keçirilən seminarda finlandiyalı deputat avtokrat rejimlərə misal göstərərkən, Azərbaycandan Əliyevlər, Özbəkistandan Kərimovlar ailəsinin adlarını çəkib.

Buna da bax: Ağdaşda seçkinin nəticələri ləğv edildi

O, korrupsiyalarını üzə çıxaran veriliş hazırladığına görə, Əliyevlər ailəsinin Fransa telekanalını məhkəməyə verməsini də yada salıb:

"Əliyevlər, Kərimovlar ailəsinin bizneslə bağlı korrupsiya qalmaqalları hamıya məlumdur. Məsələn, Finlandiya və İsveç şirkətlərində "Teliasonera" ətrafında məhkəmə çəkişmələri... Avtokrat rejimlər sahib olduqları böyük pulları itirmək istəmir. Bu üzdən onların korrupsiyasını araşdıran jurnalistlər təhlükə ilə üzləşirlər”.

Azərbaycan rəsmiləri prezident ailəsinə qarşı yönələn korrupsiya ittihamlarını rədd edirlər. Həmçinin bildirirlər ki, heç bir qanun prezidentin ailə üzvlərinə bizneslə məşğul olmağı qadağan etmir.

XS
SM
MD
LG