Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:50

Dini icmalar Qarabağda təcavüzkarlığa sərt cavab tərəfdarıdırlar


Arxiv fotosu: Qarabağdakı erməni əsgəri. 8 aprel 2016
Arxiv fotosu: Qarabağdakı erməni əsgəri. 8 aprel 2016

►​Azərbaycandakı dini icmaların rəhbərləri Qarabağda aprelin əvvəlində başlayan hərbi əməliyyatlara görə erməni tərəfi günahlandırır, təcavüzkarlığa cavab verilməli olduğunu deyirlər.

“Azərbaycan 22 ildir dözür”

Müsahiblərimiz Qarabağda son yaşananları zamanın yetişdirdiyi fikrindədirlər. Azərbaycan Avropa yəhudiləri icmasının rəhbəri Gennadi Zelmanoviçin fikrincə, 22 ildir atəşkəs davam edir, ancaq münaqişənin sülh yolu ilə həllində bir nəticə yoxdur:

Gözlə

No media source currently available

0:00 0:01:19 0:00
Direct-ə keçid

“Cənab prezident də deyib ki, əgər sülh yolu ilə torpaqlarımızı qaytara bilməsək, hərbi gücümüzü göstərəcəyik. Bu gün Azərbaycanda yaşayan xristianlar, yəhudilər, – biz hazırıq ki, torpağımızı döyüşüb geri qaytaraq”.

Gennadi Zelmanoviçin sözlərincə, Azərbaycan 22 ildir dözür: “Onsuz da Dağlıq Qarabağ və ətrafındakı rayonları qaytaracaq”, o vurğulayır.

“…sevinclə dəstəkləyirik”

Azərbaycan Yeparxiyası İdarəsinin mətbuat katibi Konstantin Pominov deyir ki, SSRİ dağılanda bu gün işğal edilən torpaqlar Azərbaycan Respublikasının ərazisinə daxil olub və ona görə də geri qaytarılmalıdır:

Gözlə

No media source currently available

0:00 0:01:01 0:00
Direct-ə keçid

“İndi Azərbaycan öz torpaqlarını qaytarmaq istəyir və biz məmnuniyyətlə, sevinclə bunu dəstəkləyirik”.

Konstantin Pominov bildirir ki, Qarabağ münaqişəsində artıq status-kvonun dəyişməsi zamanıdır, “ola bilsin ki, bu, sülh yolu ilə mümkün olacaq”, müsahibimiz əlavə edir: “Ancaq aqressiyaya da sərt cavab verilməlidir”.

“Niyə dayandılar?”

Ləzgi məscidi icmasının rəhbəri Faiq Mustafa hakimiyyəti tənqid edir, deyir ki, bir halda ki, döyüşlərə başlamışdı, axıra qədər getməli idi. Onun sözlərinə görə, Rusiya Qarabağ münaqişəsinin həllində maraqlı deyil:

“Rusiya bu münaqişələrlə keçmiş sovet respublikalarını öz təsiri altında saxlamağa çalışır. İndi Azərbaycan ordusu bir neçə yeri aldı, bu yaxşıdır, amma niyə dayandı? Niyə kiminsə sözü ilə qabağa getməyi saxladı?”

Aprelin ilk günlərində Qarabağda Azərbaycanla erməni hərbi qüvvələri arasında 22 illlik atəşkəs dövründə ən böyük hərbi qarşıdurma baş verib. Hər iki tərəfdən onlarla əsgər və mülki sakin həlak olub, çox sayda yaralılar var. Azərbaycan ordusu bir neçə istiqamətdə irəliləyərk erməni qüvvələrinin işğalı altında olan bəzi əraziləri azad edib.

Buna da baxın:

​Fərhad Bədəlbəyli: Biz ermənilərlə danışmaq, yaşamaq istəyirik​

XS
SM
MD
LG